Page 207 - Patriarxın payızı
P. 207

PATRİARXIN PAYIZI

          aparırdı; Letisiya isә başlarına al-әlvan parçadan çalma
          sarımış, dinmәz, qarabuğdayı qarıların gözü qarşısında
          hәyasız lәçәr kimi әn pis küçә söyüşlәrini işә salıb hamını
          bazarın çirkabına salıb-çıxarırdı; qarılar onun yeddi -
          mәrtәbәli söyüşlәrinә dinmәzcә qulaq asır, bu biabırçı
          talanı laqeyd üzlәrlә, müqәddәs simaların portretlәrindәki
          kimi gözlәrini belә qırpmadan, sifәtlәrini yelpiclәriylә
          yellәyә-yellәyә müşahidә edirdilәr; bәzәn adama elә
          gәlirdi ki, onlar nәfәs dә almırlar; sonu Letisiya Nasa -
          renonun balaca generalın әlindәn tutaraq, әshabәlәrinin
          müşayiәtilә quduz itlәri yara-yara: “Hesabı dövlәtә
          göndәrәrsiz, hamısı ödәnilәcәk!” – deyib çıxışa sarı ad -
          dım lamasıyla bitәn bu biabırçılığı, bu abırsız soy -
          ğunçuluğu sakitcә qәbul etmәk üçün baş verәnlәrә
          tәn bә ki yаrpаğınа bükülmüş kоkа еşmәsini çеy nәyә-
          çеynәyә baxır, yüngülcә köks ötürüb: “İlahi! Əgәr bütün
          bunları general bilsәydi... Kaş heç olmasa, ucundan-
          qulağından ona çatdıralar”, – deyirdilәr. Zavallı qarılar
          elә bilirdilәr ki, general az qala bütün dünyanın bildiyi
          bu biabırçılıqdan xәbәrsizdi, arvadı Letisiya Nasa -
          renonun hindu piştaxtalarından – şüşәdәn düzәldilmiş
          eybәcәr qu quşlarını, balıqqulağından yığılmış çәrçivәli
          güzgülәri, mәrcan külqabıları, әrәblәrin dükanından –
          matәm lentlәri üçün işlәdilәn taftanı, ticarәt küçәsindә,
          küçә zәrgәrlәrinin piştaxtalarından – qızılbalığı, yum -
          ruqşәkilli amuletli qızıl boyunbağıları çırpışdırdı ğı nı
          bilmir; yazıq zәrgәrlәrin әlindәn isә Letisiyanın üzünә:
          “Sәn boynunda kı o tülkülәrdәn dә betәrsәn”, – demәkdәn
          savayı, bir şey gәlmir di. O, yаlаvac gözlәrinә dәyәn hәr
          şeyi qamarlayır, rahibәlik hәyatından mәnim sә di yi
          yeganә xasiyyәtini – pis, yöndәmsiz zövqünü, lazım ol -
          du-olma dı dilәnmәk vәrdişini belәcә tәmin edirdi. Fәrq
          bircә burasındaydı ki, әgәr bir vaxtlar o, vitse-kralın jas-
          min qoxuyan mәhәllәsinin girişindә dilәnәrәk xırda-     207
          xuruş yığırdısa, indi nәhәng hәrbi furqonları xoşuna
          gәlәn qiymәtli әşyalarla doldurub haqq-hesabın höku -
   202   203   204   205   206   207   208   209   210   211   212