Page 202 - Patriarxın payızı
P. 202
Letisiya havasızlıqdan boğulur, bәtninin qaranlıq
sularında üzәn körpәsinin sәbirsiz tәpiklәrindәn әziyyәt
çәkirdi. Bu onun körpәsi, onun oğluydu. “Axı sәn özün
istәyirdin ki, oğlun olsun! Bu da oğul!” Tәntәnәli geyimli
arxiyepiskopun harasından çıxdığı mәlum olmayan asta
sәslә Allahın şәninә oxuduğu dualar dәhlizlәr boyu
QABRİEL QARSİA MARKES sa reno ilә evlәnmәyә razısanmı?” – sualını verәrkәn az
mürgülәyәn qarovulçulara belә gedib çatmırdı.
Zәhmli qocaya: “Sәn Letisiya Mersedes Mariya Na -
qala ürәyi dayanan arxiyepiskopun qorxusu ana bәtninin
dәrin sularında azmış körpә dalğıcın qorxusu qәdәr
anlaşılmaz vә qaranlıq idi. Bu vaxta qәdәr bir kәsin ona
bu sualı vermәyә cәsarәti çatmazdı! Necә yәni, o kimisә
özünә arvad elәmәyә razıdırmı? Heç vaxt heç kim ona
belә bir sual verә bilmәzdi! О isә cavabında gözlәrini
yüngülcә qırpıb: “Razıyam!” – dedi vә ürәyinin döyü n -
tüsündәn sinәsindә tәrpәnәn orden-medalların cingiltisi
eşidildi. “Razıyam!” sözü yenilmәz qürurla sәslәndi vә
elә hәmin an Letisiya Nasarenonun bәtnindәki körpә
dölәtrafı sularda öz istiqamәtini müәyyәnlәşdirib işığa
sarı yön aldı. Letisiya ağrıdan ikiqat olub nәfәsi tәngiyә-
tәngiyә: “İlahi, sәnin müqәddәs qanunlarını öz şәhvәtini
doyurmaqla yerinә yetirәn sadiq rahibәni әfv et! Cәzanı
qәbul edirәm, ilahi!” – deyib çanaq sümüklәrinin
cırıltısını gizlәmәk üçün naxışlı paltarını cırıb-sökdü vә
ikiqat tumanının dоlаmа-dolaşığından öz yarımçıq bicini
çәkib çıxartdı. Körpә tәzә doğulmuş buzov boyda, buzov
kimi dә kömәksiz idi. Letisiya körpәni әlinә alıb yuxarı
qaldırdı, onu rәngli mehrabın zәif işığında gözdәn keçirib
oğlan uşağı olduğunu dәqiqlәşdirdi. “İstәdiyiniz kimi,
mәnim generalım – oğlandır!” Müqәddәs Emmanuel adı
daşıyacaq, lakin heç bir әmәli ilә Allahın adına şәrәf
gәtirә bilmәyәcәk bu körpә çәlimsiz bir oğlan uşağı idi…
202 Аtası onu qurbanlıq daşının üzәrinә qoyub, göbәyini öz
qılıncıyla kәsәrәk yeganә qanuni oğlu elan etdi vә еlә
hәmin gündәn uşaq bütün sәlahiyyәtlәrin dаşıyıcısı оlаn