Page 191 - Patriarxın payızı
P. 191
PATRİARXIN PAYIZI
qarşılıqlı iddialarını unudan liberallar vә konservatorlar,
hakimiyyәt iyi hәlә dә burunlarından getmәmiş ali rütbәli
generallar axırıncı üç mülki nazir, baş arxiyepiskop, bir
sözlә, qoca despotun qoz ağacından düzәldilmiş uzun
stolunun arxasında görmәk istәmәdiyi adamlar qayıdıb
gәldilәr. Sonra hәmin bu adamlar min cür tәdbir tökmәyә
başladılar ki, prezidentin ölüm хәbәrini xalqa necә
çatdırsınlar ki, hay-küy qalxmasın, xalq kütlәlәri kortәbii
surәtdә küçәlәrә tökülüşmәsin vә nәhayәt, bu qәrara
gәldilәr ki, xәbәr iki bülleten şәklindә xalqa çatdırılsın:
birinci bülletendә prezidentin sәhhәtinin yüngülcә
pozulması vә onun mәhz bu sәbәbdәn bir sıra rәsmi icti-
mai tәdbirlәrdә vә audiensiyalarda iştirak edә bilmәmәsi
açıqlanırdı; ikinci bülletendә isә әlahәzrәtin öz yataq
otağından tәbii bir sәbәbdәn – qocalıq zәifli yindәn çıxa
bilmәdiyi bildirilirdi. Bu bülletenlәrin ardınca, bürkülü
bir avqust çәrşәnbәsi sübh şәfәqi çәhrayı rәngә bürü -
nәndә kilsә zәnglәrinin sәsi hökmdarın ölüm xәbәrini
elan etdisә dә, yenә heç kim prezidentin vәfa tına, ölәnin
mәhz o olduğuna inanmаdı. …Оnun ölüm xәbәri nәdәnsә
bizi möhkәm çaşdırmışdı, üfunәtli meyiti әl-qolumuzu
keyitmişdi… bәlkә, ona görә bu günә düş müşdük ki, bu
әllamә qocanı kimin әvәz edә bilәcәyini tәsәvvürümüzә
belә gәtirә bilmirdik. Axı o, xudbin liyindәn sağlığında
özünә davamçı seçmәyi nәinki fikirlәşmәmişdi, bu
barәdә eşitmәk belә istәmirdi; qocalıq hikkәsiylә
ölümündәn sonra olacaqları müzakirә etmәkdәn boyun
qaçırır, әlәlxüsus da dövlәt aparatı yeni, şüşәli beton bi-
naya köçәndәn vә öz iqamәtgahında tәk-tәnha qalandan
bәri bu haqda söz düşәndә yüz bәhanәylә söhbәtin
mövzusunu dәyişirdi. Sаrаyında yuxunun içindә gәzirmiş
kimi gәzir, tәzәklәrin arasında dolaşır, qızılgül kollarının
altında xәstәlikdәn çox, qocalıqdan ölәn korlardan,
cüzamlılardan vә ifliclәrdәn savayı, kimәsә әmr vermәyә 191
ürәk elәmirdi. Amma elә ki söz yenә davam çıdan,
vәtәnin gәlәcәk taleyindәn düşürdü, o dәqiqә tәrsliyi