Page 186 - Patriarxın payızı
P. 186

general Letisiya Nasarenoya dәymәdi, qadını uzun
               müddәt uşaq heyrәtiylә gözdәn keçirәrәk onun inanılmaz
               dәrәcәdә dәyişdiyinә, bәdәninin gömrüyün barakında
               gördüyü hәmin bәdәnә qәtiyyәn bәnzәmәdiyinә tәәccüb
               elәdi... Letisiyanın saçları burulmuş, bәdәninin bәzi
               yerlәri qırxılmış, әllәrinin, ayaqlarının dırnaqları qırmızı
           QABRİEL QARSİA MARKES  kirpiklәrinә sürmә çәkilmiş, dәrisinә әtriyyat vurulmuşdu
               lakla laklanmış, dodaqları, yanaqları boyanmış,


               deyә ondan sirli, cazibәdar heyvan iyinin әvәzinә şit
               kosmetika qoxusu gәlirdi. Bütün bu kosmetika sanki bu
               bәdәnin çılpaqlığını itirmişdi… “Heyvәrәlәr hәr şeyi
               korlayıblar, dәrdә bir bax!” O elә hey Letisiyaya, onun
               narkotik yuxudan keyiyәn üzünә, yavaş-yavaş yuxu
               bataqlığından çapalayıb çıxa-çıxa oyanmasını müşahidә
               edir, qadının tәdricәn oyandıqca әtrafa baxmasına tamaşa
               edirdi. “Bu mәni dәli edәn, ağlımı başımdan çıxaran
               Letisiya Nasareno idi, ana!” O gün Letisiya miçәtkәnin
               çәkisiz dumanı xatırladan torları arasında ona zillәnәn
               daş kimi donuq qocanı görәndә vahimәdәn dik atıldı…
               izaholunmaz ağır sükutun dәhşәtindәn dili tutuldu…
               yaşının vә hakimiyyәtinin hәddi-hüdudu bilinmәyәn
               qocanın hәmin an ondan da çox qorxuya düşdüyünü isә
               hiss etmәdi… hәmin mәqam qoca özünü qadınla ilk
               tәmasda olduğu әlamәtdar gündәn dә tәnha vә kömәksiz
               hiss etmәyә başlamışdı, bir vaxtlar әsgәrlәrin әylәndiyi
               bir küçә qadınının çayda çimdiyini görәndә düşdüyü
               çaşqın vәziyyәtdәn betәr günә qalmışdı… onda o qadını
               heç әmәlli-başlı görmәmişdi dә, bircә sәsini eşitmişdi;
               qadının suyun altına girib-çıxdıqca inәk kimi fınxırıb
               tәngimәyinә qulaq kәsilir, bәdәninin hüdudsuz nәhәng -
               liyini tәsәvvüründә canlandırır, qaranlıqda onun tәnha,
               sirli gülüşünü eşidir, suyun soyuqluğundan uçunan
               bәdәninin hәzzini duyurdusa da, üç müharibә iştirakçısı
         186   olub artilleriya leytenantı rütbәsi almasına baxmayaraq,
               qadın görmәdiyindәn iflic vәziyyәtdә yerindәcә donub-
               qalmışdı… vә çox keçmәmiş, ömrünün axırınadәk elә
   181   182   183   184   185   186   187   188   189   190   191