Page 175 - Patriarxın payızı
P. 175

PATRİARXIN PAYIZI

          dә vaxtından әvvәl doğulmuşdu. Bütün bunlar bizim yerli
          tarixçilәrimizin, bizim tariximizi yaradanların, onun
          doğuluş tarixinin ört-basdır edilmәsi üçün hәqiqәti
          yalanla qarışdıranların әmәllәri idi. Lakin eritreyalı,
          demәk olar, mәsәlәnin kökünü axtarıb tapmışdı, yalan
          dumanlarını yarıb, axır ki, aydınlığa çıxa bilmişdi. “Bu
          sirri aşkar etmәk elә dә çәtin olmadı, mәnim generalım”;
          boz Kordilyer dәrәlәrindә, düzlәrindә әks-sәda verәn atәş
          sәsi eşidilәndә vә buzlaqların önündәn, әbәdi qarlar
          içindә uyuyan yüksәklik lәr dәn, axar çayların şaqraq
          sularının kükrәdiyi yerlәrdәn, nәbatәt ekspedisiyasının
          alim-hәkimlәrinin hinduların belindә otura-otura öz sirli
          otlarını topladıqları ucuiti qayaların önündәn, vәhşi
          maqnoliya güllәrinin bitdiyi, bol yemәk vә isti geyim
          verәn uzuntüklü cins qoyunların otladığı dağ mәnzәrә -
          lәrindәn, ucsuz-bucaqsız qәhvә sahәlәrindәn, kimsәsiz
          eyvanları kağız güllәrlә bәzәdilmiş әyalәtlәrdәn, bürkülü
          sәhrayla dağ çaylarının gurultusu arasındakı sәrhәddә
          yaşayan xәstә yığnağından, dәnlәrindәn şokolad düzәl -
          dilәn, qırmızı gilәmeyvә si vә güllәri olan qalın yarpaqlı
          kakao plantasiyasında xaincәsinә kürәyindәn vurulub
          öldürülәn qocanın cәsәdinin iyinin axşam külәklәriylә
          gәldiyi әrazilәrdәn, günәşin tәrpәnmәdiyi, yandırıcı
          tozun, qarpız-yemişin, iki yüz millik bu diyarın yeganә
          orkestrinin, yeganә mәktәbin yerlәşdiyi Atlantika depar -
          tamentinin, arıq, qәmli inәk sürülәrinin böyründәn uçu -
          rumun sonsuzluğuna yuvarlanan qatarın әtürpәrdәn
          kişnәrtisi eşidilәndә – yazıq heyvan, sulu quanabana kimi
          dığırlanıb düz uçurumun dibinә, qvineo kollarının
          arasında yerә dәyib şappıldayaraq qırqovulları hürkütdü –
          sonra dәrindәn bir ah çәkdi. “Onu vurdular, mәnim
          generalım, pәlәng ovu tüfәngindәn atdılar, Anima-Sola 1
          dәrәsindә!” Onda o: “Mәnim onu qorumaqla bağlı
          göstәrişimә, qәti mәzmunlu teleqramlarıma mәhәl         175

          1  Anima-Sola – hәrfi mәnada: imanagәlmәz ruh
   170   171   172   173   174   175   176   177   178   179   180