Page 171 - Patriarxın payızı
P. 171

PATRİARXIN PAYIZI

          görә, hәtta bir dәfә kimisә kafirliyinә görә tәpiyinin altına
          salmışdı. “Onlar bir-birini o ki var yumruqladılar! İndi
          nә әmr edirsiz, nә edәk, mәnim generalım?” Əmr gәldi
          ki, dalaşanları ayırmayaq, әksinә, onların dava dairәsini
          bir az da genişlәndirәk ki, rahatca vuruşsunlar.  Vә
          bilirsiz, nә oldu?! “Kahin qalib gәldi, mәnim generalım!”
          “Kahin? Mәn elә dә bilirdim. Əsl kişidi!” O hamının
          zәnn elәdiyi kimi elә-belә, adi adam deyildi, Apostolik
          nunsiaturada keçirdiyi bütün keşmәkeşli illәrdә öyrәnә
          bilmәdiklәrini o hәmin o qızğın gecәlәrdә öyrәnmişdi;
          yağışlı gecәlәrin birindә isә prezidentin sayıq tәhlükә -
          sizlik xidmәtini aldatdığını zәnn edәrәk gizlicә gedib-
          çıxdığı kәndin kәnarındakı qaramat malikanәdә daha
          nәlәrisә başa düşmüşdü... Hәmin gecә o, tavandan
          şırhaşırla süzülüb tökülәn yağışın altında islana-islana,
          qorxudan titrәyә-titrәyә, bütün malikanәni әlәk-vәlәk
          elәyә-elәyә künc-bucaqları gözdәn keçirmiş vә Ben -
          disyon Alvaradonun öz qulluqçuları üçün ayırdığı – dörd
          bir yanını zәhәrli çiçәklәr basmış yataq otağında әsim-
          әsim әsmişdi... “Axı o çox xeyirxah qadın idi, çox tәva -
          zökar idi! Qulluqçularının yatağına çit döşәkağılar
          sәrdirir, özü isә sınıq-sökük әsgәr çarpayısında, qupquru
          hәsirin üstündә yatırdı, onlara öz gәzinti paltarlarını –
          ölkәnin bir nömrәli xanımının paltarlarını geymәyә icazә
          verirdi; qulluqçular vannada yuyunanda onun әtirli
          duzlarından istifadә edir, arvadın başı işә qarışanda –
          quşlarının lәlәklәrini rәnglәyәndә, odunlu sobada tәrәvәz
          şorbası bişirәndә, qonşularına lazım olacaq şәfqәtli otlar
          әkәndә – çılpaq bәdәnlәriylә bürünc şir ayaqları üstә
          dayanan yekә vannanın rәngli köpüyündә әsgәrlәrlә
          mazaqlaşırdılar. Gecәlәr isә onu yuxudan oyadıb:
          “Mәdәm sancıdan doğranır, senyora!” deyirdilәr; arvad
                                                     1
          da ayağa qalxıb xәstәyә çeynәmәk üçün kres toxumları
          verirdi; “Oğlumun gözlәri çәplәşir!” – vә arvad hәmin an  171

          1  Kres – çoxillik bitki
   166   167   168   169   170   171   172   173   174   175   176