Page 167 - Patriarxın payızı
P. 167

PATRİARXIN PAYIZI

          yәtini hәyatınızın son gününәcәn daşımalı olacaqsınız.
          Sözbәsöz tәkrar edirәm: harada da olsanız, heç bir vaxt,
          qәbir evinәcәn dediklәrimi unutmayın: bütün ömrünüz
          boyu bu sözlәrinizin mәsuliyyәtini daşımalı olacaqsız.
          Mәn daha sizә cavabdeh deyilәm, müqәddәs ata!” – dedi.
          Hәmin o bәd hәftә elә bil dünya nәfәsini içinә çәkib
          dondu… general isә bütün hәftәni dilinә çörәk vurmadan,
          tor yellәncәyindә uzanıb yellәnә-yellәnә, çiynindә
          oturmağa adәt edәn quşları yelpiklә qova-qova, aradabir
          talvarın mәsamәlәrindәn üzünә düşәn gün şüalarını da
          quş bilib onları da yelpiklә ürküdә-ürküdә keçirdi. Hәftә
          әrzindә nә bir adam qәbul edildi, nә bir әmr verildi;
          ictimai asayişi qoruyan idarәlәrin fәaliyyәtsizliyi
          üzündәn bir dәstә fәdai Apostolik nunsiaturaya basqın
          etdi, nun siaturanın muzeylәrindәki tarixi eksponatlar dar -
          madağın edildi, siestanın bu saatlarında adәti üzrә içәri
          hәyәtin hovuzunda dincәlәn nunsiyә hücum edildi, onu
          yerindәcә yaxalayıb lümlüt soyundurdular, küçәyә
          çıxarıb camaatın gözü qarşısında başına min oyun
          açdılar… “Tәsәvvü rünüzә gәtirirsiz, mәnim genera -
          lım?..” O isә bu xәbәrlәrә yenә tor yellәncәyindә, yerin -
          dәn tәrpәnmәdәn, qaşının ucunu belә tәrpәtmәdәn qulaq
          asdı, nunsinin eşşәyә mindirilib küçәlәr boyu gәz -
          dirilmәsi, pәncәrәlәrdәn başına çirkab sularının tökül -
          mәsi, camaatın dörd bir yandan ona: “Ey, Vatikan xanımı,
          bәlkә, bir uşaq doğa san, ay yekәqarın!” çığırması xә -
          bәrini dә eynilә belәcә, sakit, ifadәsiz üzlә dinlәdi. Vә
          nәhayәt, mәlumat gәlәndә ki, nunsini yarımcan vәziy -
          yәtdә sürütlәyib bazarın zibil yığnağına atıblar vә indi o,
          orada üfunәtli zir-zibilin içindә ölümcül vәziyyәtdә qalıb,
          general tor yellәn cәyindәn qalxaraq çiyninә qonan quşları
          üstündәn milçәk kimi qovub iclas zalına yollandı, ora
          qolundakı qara matәm lentini açmadan, sanki üzündәki
          hüzr örtüyünü әllәriylә soyub ataraq daxil oldu,
          yuxusuzluqdan altı tuluqlanmış gözlәriylә dörd bir yanına  167
          baxıb nunsi üçün xüsusi sal qayırılmasını vә onun
   162   163   164   165   166   167   168   169   170   171   172