Page 166 - Patriarxın payızı
P. 166
harmoniyasını vә gözәlliyini, zamanın getmәk әvәzinә
hәzin-hәzin uyuduğu bir yerdә – Yer kürәsinin dairәvi
cizgilәrini lәzzәtlә müşahidә etdiyi tәbiәt muzeyindә
anlamışdı; odur ki qocanı sona qәdәr dinlәdikdәn sonra
gözünü döşәkağıdan çәkib mülayim, eyni zamanda
konkret şәkildә bildirdi ki, çitin üzәrinә hәkk olunmuş
QABRİEL QARSİA MARKES “Qәtiyyәn elә deyil, әlahәzrәtlәri! Bu öz peşәsindә
qadın bәdәni heç dә Allahın gizli niyyәtinin әlamәti deyil:
olduğu kimi, fırıldaqçılıqda da uğur qazanan hansısa
çevik rәssamın әl işidir. Bu adam sizin sadәlövh -
lüyünüzdәn istifadә edәrәk yağlı boya әvәzinә
keyfiyyәtsiz divar rәnglәri ilә işlәyib. Bu rәnglәri adi
skipidardan hazırlayırlar, sonra ona tәbii kauçuk vә gips
әlavә edirlәr. Baxın, bu da onun qurumuş qabığıdır.
Kәtanın daim nәm vәziyyәti isә, sizә deyildiyi kimi,
ananızın tәrindәn yox, rәnglәrin tünd düşdüyü hissәlәrin
zeytun yağında isladılmasından yaranır. Odur ki tәәssüf
edirәm, әlahәzrәt!” Sidq-ürәkdәn mәyus olmuş nunsi, tor
yellәncәyindә oturub ona qәribә, asiyalı zahid gör -
kәmindә dinmәz-söylәmәz baxan, dediklәrinә gözünü
belә qırpmadan, bircә dәfә sözünü kәsmәdәn qulaq asan
vә onu dinlәdikcә donub-daşlaşan qocaya bundan artıq
heç nә deyә bilmәdi. O, döşәküzünün möcüzәli halda
başqa şәklә düşmәsini öz gözlәriylә gördüyünә bax -
mayaraq nunsinin bircә sözünә belә etiraz elәmәdi, ağzını
açmaq üçün dodaqlarını belә tәrpәtmәdi… “Axı sәni o
mәlәfәyә özüm bükmüşdüm, bax bu әllәrimlә bük -
müşdüm, anam mәnim… Hәmin o sübhçağı yuxudan
oyananda, dünyanı alt-üst edib sanki suların dibinә
çökdürmüş ölümünün sәssiz sakitliyindә baş verәn o
möcüzәnin canlı şahidi mәn olmuşdum axı, lәnәt
şeytana!” – düşündü vә bu barәdә nunsiyә heç nә demәdi,
iquana kirpiyinә bәnzәr kirpiklәrini çalmadan gözünü
ikicә dәfә qırpdı, zәif-zәif gülümsәdi, sonra içini çәkib
166 astadan: “Nә deyirәm, ata, qoy siz deyәn kimi olsun.
Amma xәbәrdarlıq edirәm ki, bu sözlәrinizin mәsuliy -