Page 168 - Patriarxın payızı
P. 168
üçgünlük әrzaq ehtiy a tıyla hәmin sala mindirilәrәk
Avropa tәrәfdәn gәlәn gәmilәrin yolu üstündә açıq
dәnizin ortasına buraxıl masını әmr etdi ki, vәtәnin qüd -
rәtinә toxunan yadelli gәlmәlәrin axırının nә ilә qurtar -
dığını hamı öz gözüylә görsün. “Qoy papa birdәfәlik
sırğa elәyib assın qula ğından ki, o öz Romasında, qızıl
QABRİEL QARSİA MARKES axırına yaxın Bendisyon Alvaradonun kanonizasiyası –
taxtında papadı, burada yox, lәnәt şeytana!”
Bu tәdbirin әmәlli-başlı nәticәsi oldu vә gәlәn ilin
müqәddәs simalar sırasına düşmәsi mәsәlәsinә yenidәn
baxıldı, hәmişәyaşar, ölmәz bәdәninin ziyarәtinә icazә
verildi vә tabut kilsә xorunun müşayiәti ilә kafedral
kilsәnin baş kürsüsünә qoyuldu. Vatikanla müharibә
vәziyyәtinә belәcә son qoyuldu, de Armas meydanına
toplaşan camaat Allaha şükür edir, әldә edilmiş sülh
münasibәtilә şüarlar sәslәndirirdilәr. Tәcili şәkildә ritual
konqreqasiya auditoru Müqәddәslәr Müqәddәsindәn,
prokurordan vә Bendisyon Alvaradonun müqәddәsliyinә
şübhә qalmasın deyә onun hәyatını bütün incәliyinәcәn
öyrәnmәk üçün ölkәyә tәşrif buyuran eritreyalıların 1
postulatoru monsenyor Demetrio Aldous tәcili surәtdә
qәbul olundu. “Siz burada istәdiyi niz qәdәr qala bilәrsiz”, –
prezident eritreyalının әlini әlindәn buraxmadan, bu
qәhvәyi dәrili afrikalının qәlbinә yol axtara-axtara
danışırdı; işin yaxşı tәrәfi o idi ki, bu eritreyalı hәyatı çox
sevirdi. “İquana yumurtası yeyir, xoruz döyüşlәri, mulat
qadınların ehtiraslı rәqslәri üçün, bir sözlә, mәnim
generalım, hamımızın hәzz aldığımız şeylәr üçün o da
sinov gedir!” Bu ilahiyyatçının üzünә bağlı qapı qalmadı,
üstәlik, belә bir sәrәncam verildi ki, ona heç kim mane
olmasın, qoy o görsün ki, bu sonsuz qәm dәryasına qәrq
olan vilayәtdә insan gözündәn kәnarda qala bilәcәk,
Bendisyon Alvaradonun ali qüvvәlәr tәrәfindәn bәxş
edilmiş müqәddәsliyini şübhә altına ala bilәcәk bir şey
168
1 Eritreya – Hәbәşistan әyalәti