Page 163 - Patriarxın payızı
P. 163

PATRİARXIN PAYIZI

          gurultulu izdihamı gördü…. Bu onun anası idi… onun
          canı-ciyәri Bendisyon Alvarado idi… doğulub boya-başa
          çatdığı, ömrü boyu qorxub-çәkindiyi әtürpәdәn xatirә -
          lәrdәn vücudunu lәrzәyә gәtirәn aran yerlәrinә qayıdırdı;
          şәhәrә ilk dәfә gәldiyi kimi, yenә çiyinlәrdә daxil
          olurdu…
             O dövrlәr bu tәşrif dörd bir yanın qanlı әt iyi verdiyi
          qızğın müharibә günlәrinә tәsadüf etmişdi, amma indi
          Bendisyon Alvaradonu şәhәrә dinc әhali gәtirirdi, bu
          şәhәrdә daha qorxmalı bir şey yox idi, çünki oğlu әmr
          vermişdi ki, bütün tәdris kitablarından vitse-krallar haq -
          qında yazılmış sәhifәlәr qoparılsın, heykәl vә abidәlәri
          mәhv edilsin. “Vә ümumiyyәtlә, sәnin yuxuna haram
          qatan hәr şey mәhv edilәcәk!” Onu tabutda yox, elә-
          belәcә, açıq göyün altında, yalın çiyinlәrindә aparan dinc
          kütlәnin arasında qorxudacaq bir şey daha yox idi; üstünә
          dağ hündürlüyündә yığılan qızıl hәdiyyәlәrin altında itib
          bata-bata cәnazә nә vaxtsa, çoxdan bәri kәdәr içindә
          uyuyan meşәlәrdәn, düzlәrdәn, dağlardan keçib-gedir -
          di… iflicli xәstәlәrin qızıldan düzәldilmiş qoltuqa ğacları,
          gәmi qәzalarından qurtulanların qızıl ulduzları, uzun
          müddәt sonsuzluq dәrdindәn üzüldüklәri yerdә, birdәn-
          birә, necәsә tәcili surәtdә yaxın kolluqlarda uşaq doğan
          qadınların Bendisyon Alvaradoya hәdiyyә etdiyi qızıl
          gәlinciklәr meyitin üstünә qalanmışdı… O, yenә, hәmin
          müharibә illәrindә olduğu kimi, adam axınının mәrkә -
          zindә, dünyanı alt-üst edә bilәcәk möhtәşәm izdihamın
          tәn ortasında idi… Bibliya köçәrilәrinә bәnzәr insan
          dәnizinin – mal-qara sürülәrini başlı-başına bura xan,
          mәtbәx lәvazimat la rını qoltuqlarına vuran, hәyat larının
          qalan hissәsini harada, necә keçirәcәklәri özlәrinә dә
          mәlum olmayan çaşqın adamların arasın daydı... bu
          adamların ümidi tәkcә bir vaxtlar – hadisәlәrin әn qızğın
          çağında bu yerlәrә federalizm ideyalarından çox, dәnizin
          nә olduğunu görmәk arzusuyla gәlәn vә başına qırmızı    163
          lent bağlayıb: “Yaşasın Liberallar partiyası!  Yaşasın
   158   159   160   161   162   163   164   165   166   167   168