Page 106 - Patriarxın payızı
P. 106

Prezident: “Bu xoruza neçә verim?” – soruşanda
               Dionisio İquaran çәkinә-çәkinә: “Peşkәşdi, cәnab gene -
               ral, götürün”, – demişdi. Dionisio camaatın alqışı, musiqi
               vә fişәng sәslәrinin sәdaları altında evinә yollananda vә
               yol boyu hamıya mәğlubedilmәz qırmızı xoruzunun
               әvәzinә ona verilmiş üç cüt yarlı-yaraşıqlı cins xoruzu
           QABRİEL QARSİA MARKES  hәmin gecә o, yataq otağına girib qapını arxadan
               göstәrib öyünәndә çoxları ona qibtә elәmişdi, lakin elә

               bağlamış, evdә çәkilmiş qamış romunun bir şüşәsini
                                            1
               başına çәkib özünü qamakın kәndirindәn asmışdı…
               çünki generalın bu yüksәk mükafatına, әnamına layiq
               görülmüş zavallı onu hansı bәdbәxtliklәrin vә fәlakәtlәrin
               gözlәdiyini duymuşdu; generalı isә belә şeylәr әsla
               düşündürmür, bu tәntәnәli mәrasimlәrdәn vә sәfәrlәrdәn
               sonra görüş vaxtı hal-әhval tutub söhbәtlәşdiyi, yaxud
               sadәcә, adlarını çәkdiyi adamların başına bu qәdәr faciәli
               hadisәlәrin gәlmәsi dә onu nәdәnsә maraqlandırmır,
               arxasınca uzanan “arzuolunmaz şәxslәrin” qanlı izlәri
               narahat elәmirdi. Generalı sevәnlәrin yeganә qismәti
               lәnәt vә ölüm idi; adi söhbәtlәr zamanı kiminsә onun
               adını sәhv demәsi, ya hansısa sözü başqa şәkildә
               işlәtmәsi kifayәt idi ki, generalı müşayiәt edәn muzdlu
               әlaltıları bu tәsadüfi xәtanı heç bir günahı olmayan o
               adamın tәqibinә başlamaq işarәsi kimi yozsunlar. O, ölkә
                                  2
               boyu әcaib armadil yerişiylә gәzib-dolaşır, tük basmış
               üz-gözüylә, qatı tәr iyi verәn vücuduyla qәfildәn kiminsә
               evindә, ya mәtbәxindә peyda olur, ilk baxışda fağır
               yolçunu andıran bu adamın gәlişi ev sakinlәrinin canına
                                         3
               vәlvәlә salırdı; o, totumayla gil badyadan su götürür, onu
               әcaib bir fınxırtıyla içib yanğısını söndürür, yaxud qazana
               yaxınlaşıb әlini içinә soxur, oradan әt tikәlәri seçib
               götürür, ağzını marçıldada-marçıldada, köpәnәcәn ye -
               yirdi; özü dә o qәdәr sadәydi ki, bu sadәlikdәn adamların


         106   1  Qamak – tor yellәncәk
               2  Armadil – dәri әvәzinә buynuz tәbәqәsiylә örtülü kisәli heyvan
               3  Totuma –  burada: balqabaqdan hazırlanan qab
   101   102   103   104   105   106   107   108   109   110   111