Page 102 - Patriarxın payızı
P. 102
vәziyyәtә düşmüş әlin – qәlbi eşqlә çırpınan millәt
atasının, Böyük Qalmaqal әsrinin qәnirsiz gözәlindәn
rәdd cavabı aldıqda ürәyini tutan bir insanın әli olduğuna
inanmaq olmurdu; ümumiyyәtlә, meyitdә elә bir әlamәt,
ya nişanә yox idi ki, bunun kimin meyiti olduğunu müәy -
yәn etmәk mümkün olsun. Əslinә qalanda, tәәccüblü
QABRİEL QARSİA MARKES onun, hәqiqәtәn, mövcud olub-olmadığına dәrin şübhә
deyildi, çünki şöhrәtinin zirvәsindә olduğu vaxtlarda da
vardı. Hәtta xidmәtçilәrinin dә onun әsl yaşı vә görkәmi
barәdә aydın tәsәvvürü yox idi; o sәbәbdәn ki, müxtәlif
yerlәrdә vә şәraitlәrdә müxtәlif görkәm vә qiyafәlәrdә
1
görünürdü: yarmarkada tombolada iştirak edәndә azı
sәksәnyaşlı qocaya oxşayırdısa, rәsmi qәbullarda – ona
altmış yaşı güclә vermәk olurdu; bayramlarda isә
qırxyaşlı kişi çevikliyi ilә ortaya atılıb meydan sula -
yırdı… ona öz etimadnamәsini tәqdim edәn diplomatlar-
dan biri – sәfir Palmerston bizim ölkәdә qadağan edilmiş
memuarlarında yazmışdı ki, bu prezidentdәn qoca adamı
tәsәvvür etmәk çәtindir. Sәfir, әsasәn, onun sarayında
hökm sürәn ağlasığmaz pintiliyi, qarma-qarışıqlığı tәsvir
elәmişdi: “Mәn üst-üstә qalanmış kağız topalarının, inәk
vә at nәcisi qalaqlarının dövrәsindәn hәrlәnib keçmәli
olurdum, dәhlizlәrdә itlәrin gәmirdiyi sür-sümük çürüyür,
itlәr isә elә oradaca mürgülәyirdi... xidmәti otaqlarda
küllәnәnlәrdәn isә bir adam belә mәnim bircә sualıma
cavab verә bilmirdi… onda mәn o vaxtlar artıq yaşayış
otaqlarını zәbt etmiş cüzamlı xәstәlәrә üz tutdum ki,
dövlәt şurası salonunun yerini göstәrsinlәr. Hәmin sa-
londa isә toyuqlar dümәlәnirdi, onlar qobelenlәrdә tәsvir
edilmiş buğda zәmilәrindәki sünbüllәri dimdiklәmәyә
çalışırdılar, bir inәk isә yepiskopun şәkli çәkilmiş kәtanı
divardan cırıb qoparmaqla mәşğul idi. Prezidentә gәlincә
isә dәrhal başa düşdüm ki, bu qoca min ilin karıdır. Yalnız
102 ona görә yox ki, suallarıma mәtlәbә dәxli olmayan cavablar
1 Tombola – yarmarkalarda oynanılan lotereya