Page 99 - Patriarxın payızı
P. 99

PATRİARXIN PAYIZI

          yazdığı әcaib xәstәliklәr barәdә şayiәlәrә son qoymaq
          üçün dә istifadә edilmişdi: yәni ki, xәstә insan göylәri
          idarә edә bilәrmi?.. Qәzetlәrdә onun xalqa ünvanladığı
          rәs mi müraciәti dә dәrc olunmuşdu; bu müraciәtindә o,
          ikinci kometanın gәlişinә qәdәr öz vәzifәsindә qalmağı
          qәrara aldığını bildirmişdi... Musiqi guruldayır, onun
          ölümünә, dövlәt çevrilişinә hazırlanan fişәnglәr göyә
          atılırdı... lakin o nә musiqini, nә әllәrindә şüarlar Armas
          meydanına axışıb gәlәn camaatın qışqıra-qışqıra: “Vәtә -
          nin әbәdi xilaskarına eşq olsun!.. Əsrlәr boyu ya şasın!..
          Bizdәn gәlәcәk nәsillәrә xәbәr aparsın!..” – dediyini eşi -
          dirdi... bütün bunlar onun diqqәtini zәrrә qәdәr cәlb elә -
          mir, dövlәtin әn mәsuliyyәtli işlәri belә yadına düşmür,
          işlәrin hamısını mәmurlara hәvalә edirdi, çünki bütün
          vücudu Manuela Sançesin ovcunun içindә alışıb-yanan
          әlinin xatirәsiylә alışıb-yanırdı... hәmin o xoşbәxt anı bir
          dә yaşamaq üçün o, ölümә dә razı idi, buna görә hәr şeyi
          alt-üst etmәyә, dünyanı dağıtmağa dәyәrdi… Hәmin anı
          elә bir ehtirasla arzuladı ki, alimlәrә yalvarıb onlardan
          süni kometa, uçan ulduz, alovlu göy әjdahası, bir sözlә,
          әbәdilik qarşısında gәnc, gözәl qadının başını gicәl -
          lәndirә bilәcәk tәsirli bir göy hadisәsi kәşf etmәlәrini
          xahiş etmәli oldu. Lakin alimlәr yalnız bircә şeyi edә
          bilәcәklәrinә söz verdilәr, bu da gәlәn hәftәnin çәrşәnbә
          günü, günorta saat dörddә günәşin batması hadisәsi ola
          bilәrdi. Onun isә razılaşmaqdan başqa әlacı qalmadı.
          Günәşin batması әmәliyyatı isә lazımi sәviyyәdә alındı:
          günün günortaçağı ölkәyә qaranlıq gecә çökdü, ulduzlar
          sayrışdı, güllәr bükülüb bağlandı, toyuqlar hindә öz
          yerlәrini tutdular, it-pişik bir-birinә qarışdı vә o, Manuela
          Sançeslә yanaşı oturub onun nәfәsini, qәfil qaranlığa
          aldanıb solan qızılgülünün qoxusunu içinә çәkdi… “Bu
          yalnız sәnin üçündü, kraliça! Bu sәnin qaranlığındı!”
          Lakin bu dәfә Manuela heç bir cavab vemәdi, onun        99
          әlindәn dә tutmadı vә o, qızın nәfәsini eşitmәdi… Manu -
          ela qocaya yuxu kimi göründü… Əlini qıza sarı uzadıb
   94   95   96   97   98   99   100   101   102   103   104