Page 95 - Patriarxın payızı
P. 95
PATRİARXIN PAYIZI
boğazlarını cıra-cıra mahnı oxuyan tutuquşuları gül -
lәlәyir, qәfәslәrdәn çıxarıb diri-diri itlәrә atırdılar. Ən
çәtini isә mahnının bәzi açıq-saçıq bәndlәrini camaatın
dilindәn çıxarmaq idi. Bu, adamlara gördüyünü unutdur-
maq kimi bir şey idi. Əlәlxüsus da gecәlәr arxa girişdәn
oğrun-oğrun saraya girib mәtbәxdәn ötüşәrәk, quru
tәzәklәrin tüstüsündә itә-itә, ağcaqanadları qova-qova:
“Sabahacan, kraliçam! Sabahacan!” – dediyi bәndi. Sa -
bahı gün isә o, yenә hәmin saatda, yenә qucağı saysız-
hesabsız әndirәbadi hәdiyyәlәrlә dolu, Manuela Sançesin
yanına gәlirdi. Bu hәdiyyәlәr gün-gündәn elә sürәtlә
çoxalırdı ki, onları yerlәşdirmәk mәsәlәsi getdikcә
çәtinlәşirdi. Odur ki qonşu evlәri dә Manuelanın evinә
qatıb nәhәng bir zal düzәltdirmәli oldular ki, qız öz
qonağını orada qarşılaya bilsin. Zalın o biri hissәsi isә
ürәksıxan anbara çevrilmişdi: burada nә desәn, tapmaq
olardı – bütün dövrlәrin saatları, müxtәlif markalı qram-
mofonlar – әn sadәsindәn, silindrlisindәn tutmuş nikelli
sәs pәrdәsi olan son dәblisinәcәn, әllә, ayaqla işlәdilәn
saysız-hesabsız paltartikәn maşınlar, qalvanometr, mu -
siqili mücrülәr, optik fokuslu aparatlar, quru kәpәnәk
kolleksiyaları, Asiya bitkilәri, fizioterapevtik labora-
toriyalar, idman kabinetlәri üçün lәvazimatlar, ayaq üstә
qurumuş diri adama oxşayan müxtәlif mexanizmli kuk-
lalar vә s. Bu anbarın әsas böyük hissәsinә heç kim girib-
çıxmırdı, әşyalar qoyulduğu vәziyyәtdә, tozun altında
bozara-bozara qalmışdı, oraları heç süpürmürdülәr dә,
kimin nәyinә lazım idi axı?! Manuela Sançesin isә hәmin
o qara şәnbә günü – karnaval gecәsinin tacqoyma
mәrasimindәn sonra, ümumiyyәtlә, dünya vecinә de -
yildi... “Mәn hәmin gün – “Gözәllik kraliçası” elan edilәn
gün bәdbәxt oldum! O gecә hәyatımın sonuna nöqtә
qoyuldu… pәrәstişkarlarım bir-bir qәfil ölümlәrlә ölmәyә
başladılar: birinin ürәyi partladı, o birilәr müxtәlif әcaib 95
xәstәliklәrdәn öldülәr, rәfiqәlәrim yoxa çıxdılar”...
Manuela Sançes öz evindә oturanda da özünü tamam