Page 91 - Patriarxın payızı
P. 91

PATRİARXIN PAYIZI

          larında, adәti üzrә, anasının yanına getdiyi vaxtlarda
          ziyarәt elәmәyә başladı... qәsdәn mәhz bu saatları
          seçmişdi ki, Milli  Tәhlükәsizlik Xidmәti hara
          getdiyindәn xәbәr tuta bilmәsin, qoy elә bilsinlәr ki,
          hәmin vaxtlar qayanın başındakı malikanәdә – anasının
          yanındadı. Lakin ondan başqa bütün alәmә mәlum idi ki,
          general Rodriqo de  Aqiların әsgәrlәri onu damlarla
          sürünә-sürünә müşayiәt edir, qәsdәn küçәlәrdә qalmaqal
          salıb alәmi bir-birinә qatıb-qarışdırır, sonra güllәbaranla
          bu hay-küyü yatırdırlar ki, onun keçib-gedәcәyi
          küçәlәrdә hәrәkәt dayansın. Rodriqo de Aqiların gizli
          әmrinә görә, prezidentin hәrәkәt edәcәyi bütün küçәlәr
          saat ikidәn beşәcәn bomboş olmalıydı, әsgәrlәr bu
          saatlarda öz evlәrinin balkonuna çıxanları belә,
          xәbәrdarlıqsız güllәlәmәk әmri almışdılar. Lakin әn
          tәcrübәsiz adamlar da küçәlәrdә bәr-bәzәksiz, adi
          qaydada peyda olan prezident limuzinini nәzәrlәrindәn
          qaçırmamışdılar, maşının içindә ağappaq kәtan
          kostyumda әylәşәn kәmhövsәlә adamı, onun gizli hüznlә
          axıtdığı göz yaşlarını, avazımış üzünü, “ürәyi tutanda”,
          kim nә deyirsә desin, heç nәyi vecinә almayan qocanı
          görmüş dülәr... onun vücudu başdan-ayağa bir şey
          deyirdi: öz qәlbinә hakim deyil vә bu dәqiqә, günün bu
          qızmar saatında – havanın әrimiş şüşәyә bәnzәdiyi bir
          mәqamda kimsәsiz küçәlәrlә başı kәsilmәyә aparılan
          qurbanlıq qoyunla onun heç bir fәrqi yox idi… Onun bu
          qәribә, sәbәbi namәlum halsızlığı ilә bağlı söz-söhbәtlәr
          tәdricәn şayiәlәrlә әvәz olunurdu: söhbәt gәzirdi ki, o,
          siesta saatlarını anası Bendisyon Alvaradonun evindә
          yox, Manuela Sançesin sakit komasında – evin gizli bir
          guşәsindә – Manuelanın, qızını bircә an qocayla tәkbәtәk
          buraxmayan, yorulmaq bilmәdәn şәbәkә toxuyan vә hәm
          dә, necәsә gözә görünmәyәn anasının iti baxışları altında
          keçirir. Manuelanın anasını da başa düşmәk olardı. Axı  91
          qoca onun qızı üçün bu qәdәr pul tökürdü – bahalı
          oyuncaqlar, әndirәbadi maşınlar alır, ona maqnetizmin
   86   87   88   89   90   91   92   93   94   95   96