Page 89 - Patriarxın payızı
P. 89
PATRİARXIN PAYIZI
dalıyekәni deyirsiz, özündәn dә elә razıdı, elә bil arşın
udub. Orada yaşayır, senyor, bax o evdә!” – dedi… Bu,
adi, ucuz boyalarla rәnglәnmiş, kandarı it nәcisiylә dolu
bir ev idi... baxan kimi bilinirdi ki, kimsә evә girәndә
ayağı qapının ağzındakı nәcisdә sürüşüb… Əlbәttә, ev,
görüşünә gәldiyi – şah kreslosunda oturacaq Manuela
Sançesә qәtiyyәn yaraşmasa da, onun ocağı idi... “Anam
mәnim, Bendisyon Alvarado, mәnә güc ver ki, bu
qapıdan içәri girә bilim!..” İçәri girmәmişdәn әvvәl o,
bütün mәhәllәni azı on dәfә hәrlәnmişdi, sonra nәfәsini
dәrib qapını üç dәfә, üç yalvarışa bәnzәr tıqqıltıyla
döymüşdü, sonra elә qapının ağzındaca – günün
istisindәn alışıb-yanan kölgәlikdә dayanıb gözlәmişdi vә
üfunәtin hardan gәldiyini bir müddәt anlamamışdı...
yoxsa bu pis iyi havanın bürküsü әmәlә gәtirmişdi, ya
bәlkә, havanı o özü, hәyәcandan qarnına düşәn ağrıdan
korlamışdı?.. Qapını, nәhayәt, Manuela Sançesin anası
açmışdı vә onu içәri – qaxsımış balıq iyi verәn, geniş,
sәrin zala keçirib, qızını yuxudan oyatmağa getmişdi, o
da oturub bu miskin zalı – yağışın isladıb qaraltdığı
divarları, içi çökmüş divanı, oturacağı xarab olmuş
kәtillәri, dillәri qopmuş pianonu gözdәn keçirmişdi...
Zalda heç nә yox idi... “Heç nә, lәnәt şeytana, mәnsә bu
miskinliyi görmәk üçün bu qәdәr әziyyәt çәkmişәm!..”
Bir qәdәr keçmiş, Manuela Sançesin anası әlindә
zәnbiltoxuyan qıyıq, geriyә qayıdıb kәtillәrin birindә
oturmuşdu vә qızı o biri evdә geyinib, saçlarını
darayanacan, qәfil qonağın gözünә yaxşı görünmәk üçün
әn yaxşı çәkmәlәrini axtaranacan, başını aşağı salıb
toxumağa başlamışdı, o isә hәyәcanını güclә içindә boğa-
boğa dodaqaltı donquldanırdı: “Hardasan, ey mәnim
әzabım, ağrım Manuela? Sәni görә bilmirәm, sәnin
sәhlәb çiçәyi qoxuyan nәfәsini eşitmirәm, bunların
әvәzinә yemәk qalıqlarının üfunәtini duyuram… Axı 89
hardasan… hanı qızılgülün, hanı mәhәbbәtin… gәl, gәl,
qurtar mәni bu it әzabından!” Belәcә, o, içini çәkә-çәkә