Page 85 - Patriarxın payızı
P. 85

PATRİARXIN PAYIZI

          talıqdı, mәnim generalım!” Ürpәnib pәncәrәnin qaba -
          ğından çәkildi, qәbul otağı boyu var-gәl elәyә-elәyә,
          halsızlığından, bu әlacsız kömәksizliyindәn bezә-bezә,
          ürәyinin başına balıq tıxı ilişibmiş kimi boğula-boğula
          dövlәt şurasının iclasına yollandı, orada bir kәnarda
          oturub, hәmişәki kimi, heç nә eşitmәyә-eşitmәyә, heç nә
          anlamaya-anlamaya, az qala mürgülәyә-mürgülәyә,
          maliyyә vәziyyәti barәdә darıxdırıcı mәruzәyә qulaq
          asarkәn, qәfildәn elә bil iclas zalında nә isә dәyişdi, nә
          isә qırılıb havadan asıldı, maliyyә naziri sözünü kәsib
          gözünü prezidentә zillәdi, yerdә qalanlar da çönüb onu
          az qala iki yerә bölәn qәfil ağrıdan ürәyi gedәcәkmiş kimi
          qovrulan prezidentә baxdılar... o özü dә özünü kәnardan,
          stolun başında, öz tәnha stulunda, prezidentә yaraşmayan
          saralmış bәniziylә oturmuş halda gördü… ürәyini tutdu...
          sәhiyyә nazirinin zәrgәr gözü kimi iti gözlәri qarşısında
          hәyatı şam kimi әriyib gedirdi... Əziz hәmyerlisi cib
          saatının zәncirini әlindә oynada-oynada, dinmәz-
          söylәmәz elә bil onun içini seyr edirdi... “Olsun ki, ürәyi
          sancdı…” – kimsә ehtiyatla dillәnәndә o artıq hikkәsin -
          dәn ağırlaşıb daşa dönmüş әlini sinәsindәn çәkib stolun
          üstünә qoymuşdu, rәngi özünә qayıtmışdı, hökmranlığını
          bir daha tәsdiq elәyәn iynәli sözlәriylә hamını güllәlәdi:
          “İstәyәrdiz sancsın, hә, heyvәrәlәr? Hә, nәdi, diliniz
          qarnınıza girdi?.. Di davam elәyin!” İclas iştirakçıları da,
          özlәri öz dediklәrini eşitmәyә-eşitmәyә, bu qәzәbin,
          hirsin mәnasını anlaya-anlaya iclası davam etdirdilәr,
          barmaqlarını ehtiyatla ona sarı uzadıb pıçapıç saldılar:
          “Siz bir ona baxın! O qәdәr әsәbidi ki, ürәyini tutub...
          görәn, nә olub? Çırtma vursan, qanı çıxmaz”. Bir qәdәr
          sonra isә sarayda söz-söhbәt gәzdi ki, guya prezident
          sәhiyyә nazirini tәcili yanına çağırtdırıb, nazir isә gәlib
          görüb ki, o, stolun üstünә qoyduğu sağ әlinә baxır, әli dә
          kündә kimi köpüşüb... deyirdilәr, prezident sәhiyyә     85
          nazirinә әmr edib ki, sağ әlini kәssin, çünki ona mane
          olur, yaşamağa qoymur, lazım olmayan yerlәrә uzanır…
   80   81   82   83   84   85   86   87   88   89   90