Page 82 - Patriarxın payızı
P. 82

keçәn Manuelanı, dәhşәtli gecәnin Manuelasını, nәfәsi
               sәhlәb çiçәyi qoxuyan, ipәk paltarlı Manuelanı gördü...
               vә: “de ki, bu, gerçәk deyil, de ki, xәyaldı… – deyә
               kәkәlәdi. – De ki, bu sәn deyilsәn, de ki, bu başgicәl -
               lәndirәn qoxu sәnin nәfәsin deyil, sәhlәb çiçәyinin
               әtridi!” Lakin bu, Manuela Sançes idi… әlindәki qızılgül
           QABRİEL QARSİA MARKES  şey Manuela Sançes idi… bütün dünya Manuela Sançes
               rәng alıb-rәng verirdi, ilıq nәfәsi otağı bürümüşdü... Hәr


               idi... İnadkar qaya dәnizin möhtәşәmliyini özünә belәcә
               tabe elәtdirir... “Mәnim axırımın Manuelası, sәn ki
               ovcuma döyülәn tale yollarında yoxsan!  Axı qәhvә
               çöküntüsündәki falda da, suyun üzünә çıxan taleyimdә
               dә falçılar sәnin barәndә mәnә heç nә demәyib... mәni
               yuxumdan elәmә… mәni, qadın ayağı dәymәyәn, heç
               vaxt da dәymәyәcәk otağımın havasından elәmә, söndür
               o qızılgülünü!” – deyә әlini divarlar boyu sürütlәyә-
               sürütlәyә, işıq düymәsini axtara-axtara yalvardısa da, hәr
               küncdә әlinә ağlını başdan çıxaran Manuela Sançes
               keçdi… “Lәnәt sәnә, şeytan, mәn sәni heç vaxt itirmә -
               mişәmsә, niyә hәr yerdә әlimә sәn keçirsәn?! Mәndәn nә
               istәyirsәn?.. İstәyirsәn, sarayımı verim sәnә, hәr şey sәnin
               olsun, bütün ölkәni sәnә verirәm, amma imkan ver bu
               işığı yandırım… ey gecәmin әqrәbi, iliyimә işlәyәn
               Manu ela, sәnin ananı...” Elә bilirdi işığı yandırsa, Manu -
               ela Sançesin sehrli xәyalından canını qurtaracaq, odur ki
               var gücüylә: “Rәdd elәyin bunu burdan! Canımı bundan
               qurtarın! Boğazına daş bağlayıb dәnizin dibinә salın,
               boğub öldürün ki, qızılgülünün işığı bir dә heç kimә
               әziyyәt vermәsin!” – deyә çığırdı vә belәcә, qaranlıq
               dәhlizlәr boyu, aradabir ayağı tәzәyin üstündә sürüşә-
               sürüşә, hәrdәnbir vahimә içindә öz-özünә: “Bu nә işdi?
               Bir azdan saat sәkkiz olacaq, sәhәr açılacaq, bu әclaf
               evdә isә hamı köpür”, – deyә-deyә sarayı dolaşdı vә
          82   qәfildәn: “Durun ayağa, biqeyrәtlәr!..” – deyә elә bağırdı
               ki, saray otaqlarının işığı o dәqiqә bir-bir yanmağa
               başladı, kazarmaların şeypurları çalındı vә onların sәsinә
   77   78   79   80   81   82   83   84   85   86   87