Page 87 - Patriarxın payızı
P. 87
PATRİARXIN PAYIZI
küçәlәriylә bir müddәt gәzib-dolanacaq… Belәcә, dü -
kanlarla dolu küçәlәrdәn ötüb-keçәndәn sonra o öz
sonunu – Manuela Sançesin böyük dәnizini gördü…
üfüqdә ağaran tәnha quşu, birbaşa Manuelanın evinә
aparıb-çıxaran sınıq-salxaq tramvayları gördü vә elә
hәmin dәqiqә bu sınıq-salxaq tramvayları yenilәri ilә –
tutqun şüşәli, sapsarı tramvaylarla әvәz etmәyi,
vaqonların hәr birindә Manuela Sançes üçün ayrıca
mәxmәrüzlü oturacaq qoydurmağı әmr etdi... Manue -
lanın istirahәt günlәrini keçirdiyi çılpaq çimәrliklәri
gördü vә ora soyunacaqlar qoymağı әmr etdi… hava
haqqında mәlumat verәn dirәyә bayraq asılmasını әmr
etdi ki, dәnizdә çimmәyin mümkün olub-olmadığı
bilinsin vә nәhayәt, Manuela Sançesin ayrıca çimmәsi
üçün çimәrliyin bir hissәsi hasara alınsın… dәniz sahili
boyu uzanan mәrmәr meydançalara, onun mәrhәmәti
sayәsindә varlanan on dörd ailәnin imarәtinә, kimsәsiz
hovuzlara nәzәr saldı…. әn çox da dağın dikdirindә
ucalan imarәt nәzәrini cәlb etdi... Bu, hәyәti fәvvarәlәrlә
bәzәdilmiş әn böyük imarәt idi… odur ki, özündәn asılı
olmadan, hәyәcanla: “İstәyirәm bu imarәtdә sәn
yaşayasan! Mәni hәr axşam burada gözlәyәsәn!” – deyә
qışqırdı vә әlbәttә ki, malikanә elә o dәqiqә boşaldılıb
Manuela Sançesә verildi… Bu fikirlәrlә maşınının arxa
oturacağında oturub xәyala dalır, öz arzularında alәmi
bir-birinә qatıb-qarışdırır, dünyanı istәdiyi kimi
dәyişirdi... lakin çox keçmәdi ki, maşın sahili ötüb-keçdi,
dәnizin ecazkar nәfәsi sovuşub arxada qaldı vә it
döyüşdürülәn mәhәllәnin cәhәnnәm uğultusu maşının
içinә doldu. Mәhәllәnin müdhiş mәnzәrәsindәn
vahimәlәnib: “Anacan, Bendisyon Alvarado, gör bir
oğlun haralara gәlib çıxıb?! Mәni xilas elә!” – deyә
pıçıldadı. Ancaq mәhәllәnin hay-hәşiri içindә onun qәmli
gözlәrinә, nazik dodaqlarına, yorğun sinәsinin üstә yatan 87
koppuş әlinә mәhәl qoyan olmadı, heç kim ağ kәtan
kostyumlu, sadә kepkalı qocanın sәsini eşitmәdi, başını