Page 86 - Patriarxın payızı
P. 86

deyirdilәr, ancaq sәhiyyә naziri buna qәti etiraz elәyib vә
               bildirib ki, başına güllә çaxsalar da, bunu elәmәz.
               “Sәmimi sözümdü, mәnim generalım, әlinizi kәsmәyә
               haqqım yoxdur, çünki mәn bütün varlığımla sizin bircә
               әlinizә dәymәrәm”. Bu әhvalat, onun sәhhәti barәdә
               gәzәn şayiәlәr digәr söz-söhbәtlәrә qarışıb, az qala hәr
           QABRİEL QARSİA MARKES  kimi şәhәrin canına hopur, o isә elә hey fermada öz
               küçәdә, hәr tindә danışılır, getdikcә tüstü kimi, duman


               әllәriylә süd sağa-sağa Manuela Sançesli, onun qızılgülü
               rәngindә olan sabahın açıldığını hiss edirdi... hәr şey
               büsbütün Manuelaya oxşayırdı… odur ki o, qızılgül
               kollarının altında uyuyan bütün yara-xoralıları qovdur -
               mağı әmr elәdi ki, güllәr bu xәstәlәrin iyini tutmasın,
               Manuela Sançesin gülünün әtri korlanmasın, sarayın әn
               sakit, kimsәsiz künc-bucaqlarını axtarırdı ki, heç kim
               oxuduğu “Sәninlә ilk valsı oynadım ki, mәni unut -
               mayasan, ey kraliça! Bil ki, unutsan mәni, ölüm olacaq
               cәzan!” mahnısını eşitmәsin, bir qәdәr sonra isә hәmin
               bu mahnını içindә әridib, canına dolan iztirabları bir az
               yüngüllәşdirmәk üçün özünü qadın hәrәmxanasına saldı,
               hәmişәki sәbirsiz xoruz rolundan çıxaraq, әvvәlki
               tәlәskәnliyә yol vermәdәn, uzun-uzadı aramlı hәzz verib-
               hәzz ala-ala qadınları da heyrәtlәndirdi. Qadınlarsa
               qaranlıqda xoşbәxt-xoşbәxt qaqqıldayıb, qaynar nәfәs -
               lәriylә: “Özünüzü әldәn salırsız, mәnim generalım, özü
               dә bu yaşda!” – deyә pıçıldayırdılar. O isә gözәl bilirdi
               ki, bütün bunlar özünü aldatmaqdan savayı ayrı bir şey
               deyil vә olacağa çarә yoxdur, hәmin gün әvvәl-axır gәlib
               çıxacaq vә o, Manuela Sançesin ayağına gedәsi olacaq,
               dünyanın bütün müqqәdәsliyinә and verib ondan sevgi
               dilәnәcәk… Manuela Sançesin, it döyüşdürülәn mәhәllә -
               sinin göbәyindәki zibilliklәrin arasında bitmiş qәddar
               sarayına yollanacaq, onu sәbirlә orada axta racaq… vә ora
          86   әn bürkülü günlәrin birindә – saat ikidәn sonra, adi
               geyimdә, qarovulsuz-filansız, adi maşında yollanacaq,
               siestanın ölüm rәngli saatlarında şәhәrin kimsәsiz
   81   82   83   84   85   86   87   88   89   90   91