Page 81 - Patriarxın payızı
P. 81
PATRİARXIN PAYIZI
anasının gözlәrini açmadan: “Xeyrә qarşı, oğul!” –
dediyini eşitdi, sonra çırağı yataq otağının girәcәyindәki
asılqandan asdı – çıraq bütün gecәni yanmalıydı, onu
söndürmәyә heç kimin ixtiyarı çatmırdı, çünki bu çıraq
ona günlәrin bir günü, gecәnin bir vaxtı qaçaqaç düşәndә
lazım olacaqdı… Saat on biri vurdu vә o, yenә bütün
sarayı, bu dәfә heç haranın işığını yandırmadan,
qaranlıqda dolaşa-dolaşa, elә-belә, hәr ehtimala qarşı
gәzib-dolandı ki, işdi, ola bilәr, kimsә onun yatdığını
zәnn edib buralara girә bilәr. O, dәnizdә yırğalanan
mayakdan içәri süzülәn yaşıl işığın içiylә, mahmızının
parıltısı qaranlığa iz sala-sala, sakitcә yeriyir, qaranlıq
dәhlizlәrdә azıb ayaq üstә yuxulayan cüzamlı xәstәlәri
ehmallıca bağa – qızılgül kollarının altına ötürür, geriyә
qayıdıb qarovulu yenidәn sayır, sonra yenә öz otağına
qayıdır, dәhlizlәrdәn ötә-ötә, pәncәrәlәrin önündәn keçә-
keçә hәr pәncәrәdәn aprel ayının Qәraib dәnizinә tamaşa
edirdi… O bu dәnizә, belәcә, ayaq saxlamadan, düz
iyirmi üç dәfә baxdı vә hәr dәfә dә bu qәrara gәlirdi ki,
dәniz hәr apreldә olduğu vәziyyәtindәdi, üstü qızılı hov
atan bataqlığa bәnzәyir. Saat on ikini vuranda isә
hardansa içindәn – qarnından üzüyuxarı yeriyәn bir
qorxu hiss elәdi... bu qorxu bәdәniylә üzüyuxarı qalxıb
qulaqlarına doldu vә orda elә bir cüyültü ilә cüyüldәdi ki,
az qaldı qulaqları bata… bundan vahimәlәnib yataq otağı
qapısının üç kilidini, üç qıfılını, üç zәncirini çәkib
bağladı, ayaqyoluna girib özünü sıxa-sıxa әvvәl iki, sonra
dörd, daha sonra yeddi müsibәtli damcını birtәhәr içindәn
süzdürüb üzüüstә döşәmәyә sәrildi vә elә hәmin dәqiqә
dә dәrin yuxuya getdi... vә çox keçmәdi ki, gecәnin bir
alәmi – üçә on beş dәqiqә qalmış yuxudan qan-tәr içindә
ayıldı... …Elә bil kimsә qıfıl-kilidә toxunmadan otağa
da xil olmuşdu, başının üstә dayanıb düz onun üzünә
baxırdı... bu baxışları sifәtindә hiss elәyib vahimә içindә 81
dik atıldı vә qapı-pәncәrәsi kilidlәnmiş otağı boyu var-
gәl elәyәn Manuela Sançesi – divarları asanca yarıb