Page 76 - Patriarxın payızı
P. 76
“Qayanın üstündәki o evdә yaşayanları tez-tez yadına sal
vә onlara baxdıqca bil ki, öz әksini görürsәn”. Lakin
general ya qadının sözlәrini qulaqardına vurur, ya da
hәmişә dediyini deyirdi: “Heç nә olmaz, ay arvad,
qorxma, xalq mәni sevir!” Bendisyon Alvarado belәcә,
kasıbçılıqdan şikayәtlәnә-şikayәtlәnә, bazarda bәdxәrclik
QABRİEL QARSİA MARKES mәqsәdilә öz naharından kәsә-kәsә yaşayır, heç kim dә
elәyәn qulluqçuları söyә-söyә, aradabir xәrclәri azaltmaq
onun artıq çoxdan dünyanın әn dövlәtli qadınlarından biri
olduğunu üzünә demәyә cәsarәt elәmir, dövlәt
sәviyyәsindә gedәn bütün fırıldaq әmәliyyatlardan gәlәn
gәlir Bendisyon Alvaradonun adına köçürülür, o, ucsuz-
bucaqsız әkin sahәlәrinin, saysız-hesabsız mal-qara
sürülәrinin, tramvay xәtlәrinin, poçt vә teleqrafın, milli
suların sahibi olduğundan xәbәrsiz qalır, bizim әrazinin
sularında üzәn hәr gәmidәn alınan gömrüyün belә onun
adına köçürüldüyünü bilmirdi. Bendisyon oğlunun da,
artıq onun tәsәvvür elәdiyi kimi, cürbәcür oyuncaqlardan
heyrәtә gәlәn böyük uşaq olmadığından xәbәrsiz idi,
onun hәlә lap çoxdan mal-qaranın kәsilmәyinә vergi
qoymasından, bu vergilәrin qәpiyinәcәn onun şәxsi
büdcәsinә axmasından, vәzifәlәrә rüşvәtlә adam tәyin
etmәsindәn, kiminsә vәzifәsini artırmaq üçün aldığı külli
miqdarda puldan, әlaltılarının vaxtaşırı ona әlaltdan
ötürdüklәri bahalı hәdiyyәlәrdәn, lotereya oyunlarının
belә xırda incәliklәrinәcәn onun mәnafeyinә işlәyәn
xüsusi mexanizmlә qurulmasından vә oradan ağlasığmaz
mәblәğdә pullar udmasından xәbәrsiz idi. “Bu lotereya
әmәliyyatını o özü üçün düzәltdiyi yalançı ölüm tama -
şasından sonra – Böyük Qalmaqal dövründә işә salmışdı,
senyor! Bu adı isә o hәmin dövrlәr çoxlarının zәnn etdiyi
kimi, müqәddәs Eraklio gecәsi yerin altıyla yeriyib bütün
ölkәni lәrzәyә gәtirәn cәhәnnәm zәlzәlәsinә görә yox, o
76 illәr hәr yerdә hay-hәşirlә bünövrәlәri qoyulan müxtәlif
tikintilәrә görә qazanmışdı; bünövrәlәri yenicә qoyulan
bu binalar “dünyaәhәmiyyәtli möhtәşәm tikintilәr” elan