Page 75 - Patriarxın payızı
P. 75
PATRİARXIN PAYIZI
qürurunu tapdayıb: “Görürsüz, mәnim generalım, әn
qüvvәtli kişilәr belә, vaxt gәlir, arvad kimi heydәn dü -
şürlәr, onların atabaatasının...” – deyәndә generalın gözü
yaşarmışdı.
Bәli, oğlunun prezident kreslosuna nәyin bahasına
gәlib çıxdığı Bendisyon Alvaradonun yaxşı yadındaydı
vә heç kim generalın әyәr-әskiyini, dövlәt xәzinәsini
balaca uşaq şadyanalığıyla dağıdıb talan etmәsini, xәzinә
pullarını, uşaqlıq vә gәnclik illәrindә xәrclәmәk imkanı
olmadığı sәbәbindәn, necә gәldi, sağa-sola sәpәlәmәsini
onun qәdәr bilә bilmәzdi. Odur ki adamların generalı
asanlıqla aldatmaları, qiymәtlәrdәn başı çıxmadığından
әllәrinә keçәni – cürbәcür xarici cıncıq-mıncığı ona yüz
qatına sırımaqları ananı әsәbilәşdirirdi. Axı bütün
bunların әsl qiymәtini, kim dә bilmәsә, Allaha şükür, o
bilirdi!.. Hәr halda, bütün bunlar, әn azı, onun akvarellә
boyayıb bazara çıxardığı quşlardan ucuz idi. Bu ütük
quşların bu sayaq rәnglәnib ayrı bir qiyafәyә düşmәsi
әmәlli-başlı әl qabiliyyәti vә ustalıq tәlәb edirdi, ona isә
bu boyda әziyyәtinә görә heç kim dörd yüz pesodan artıq
pul vermirdi. “Sәnin bu oyuncaqlarına sözüm yoxdur,
amma hәr halda, gәlәcәyi dә fikirlәşmәk lazımdı, mәn
sәni prezidentlikdәn gedәndәn sonra şlyapanı uzadıb
dilәnәn görmәk istәmәzdim. Allah elәmәsin, amma bu nә
vaxtsa baş verә bilәr, onda neylәyәcәksәn? Yenә babat
müğәnni, ya arxiyepiskop, ya da, heç olmasa, dәnizçi
olsaydın... Sәn generalsan, bircә onu bilirsәn ki, әmr
verәsәn: bir-iki! Bununla dolanmaqmı olar?..” O, oğluna
dövlәt işlәrinә ayrılmış xәrclәrdәn qalan pulu gözdәniraq,
arxayın bir yeri qazdırıb orada gizlәtmәyi öyrәtmişdi vә
başa salmışdı ki, bu gizli yerdәn heç kәsin xәbәri
olmamalıdır, çünki bu pullar öz ölkәlәrindә taxtdan
salınmış vә unudulmuş diktatorlara nә vaxtsa onları
vәtәnlәrinә qaytarmaq üçün gәlәcәk doğma gәmilәrinin 75
fitinә tamarzı qalmış prezidentlәrә lazım olduğu kimi,
canını götürüb qaçacağı gün ona da lazım olacaqdı: