Page 71 - Patriarxın payızı
P. 71
PATRİARXIN PAYIZI
yeyirdi. Hәrbi mahnıdan sonra generallar dostlarının
şәrәfinә gözlәri yaşara-yaşara çar Davidin sübh dualarını
oxudular, sonra sәfir Hanemanın bir vaxlar prezidentә
hәdiyyә etdiyi “Ad günün mübarәk!” mahnısınacan bütün
tәbrik mahnılarını ifa etdilәr, keçmiş silahdaşlarını – qәm-
kәdәrә batmış qanıqara qocanı az qala yalaya-yalaya,
anqırışa-anqırışa oxuya-oxuya elә hey içdilәr, içdilәr...
sübhә yaxın isә, mәclis başa çatanda o, köhnә kazarma
vәrdişiylә әlindә çıraq bütün sarayı gәzib-dolaşdı, bir-bir
otaqlara baş çәkdi, döyüş dostlarına bir dә, son dәfә
baxdı: Saturno Santosdan başqa, altısı da içkinin
tәsirindәn keylәşib özündәn getmiş, bir-birini qucaqlayıb
yatmışdı; özlәri quru döşәmәnin üstünә sәrilmişdilәr,
mühafizәçilәri isә yanlarında әylәşmişdi; bircә Saturno
Santosdan savayı; bircә onun mühafizәçisi yox idi; o
birilәrin mühafizәçilәri isә bir-birindәn gözünü
çәkmirdilәr, çünki döşәmәdә qardaş kimi qucaqlaşıb
dәrin yuxuya getmiş generalların bir-birindәn dәhşәtli
dәrәcәdә qorxduqlarından da xәbәrdar idilәr; onların hәr
biri hәm dә prezidentdәn, prezident isә öz növbәsindә
onlardan qorxurdu, belә hesab edirdi ki, iki nәfәrin birliyi –
artıq qiyam demәkdir. Odur ki prezident bir müddәt
yatanlara baxıb öz yataq otağına yollandı, çırağı qapısının
yanındakı qarmağa keçirib kilidi üç dәfә burdu, üç qıfılı
bağlayıb üç zәnciri çәkdi vә üzüüstә döşәmәyә düşdü,
sifәtini, balışa basırmış kimi, ovuclarına basıb uzandı vә
elә hәmin dәqiqә dә saray gecә qarovulunun yaylım
atәşlәrinin gurultusundan titrәdi… Bir! İki!.. “Vәssa -
lam… vә hәr şey sәs-küysüz, ah-nalәsiz, birdә fәlik hәll
olundu!” Gurultudan sonra qalan – havadan asılmış
sәssiz barıt dumanı oldu. Sәhәri gün isә yuxudan ayılanda
bir daha heç kimin vә heç nәyin onun möhtәşәm
hakimiyyәtinә zәrrә qәdәr xәlәl gәtirә bilmәyәcәyin dәn
әmi nliyini hiss edib rahatlandı; әsgәrlәr ayaqlarını qanlı 71
gölmәçәlәrdә şappıldada-şappıldada axşamkı qonaqlığın
tör-töküntüsünü tәmizlәyir di lәr; bu dәhşәtli hadisәdәn az