Page 67 - Patriarxın payızı
P. 67

PATRİARXIN PAYIZI

          da olsa,  ortanın zir-zibilini tәmizlәmәyә çalışan Ben -
          disyon Alvaradonun deyintisini qulaqardına vura-vura
          bölüşdürdülәr. Federalistlәrin liberal hәrәkatının getdikcә
          eybәcәr bir şeyә çevrildiyini, hәr şeyin dağılıb mәhv
          olduğunu görәn yeganә adam – Bendisyon Alvarado
          idi…
             Federalistlәrin bu bayram әhvalından, yüksәk dövlәt
          vәzifәlәrini kartda bölüşdürmәlәrindәn, fahişәlәri royalın
          dillәri üstә uzatmaqlarından әsәbilәşәn Bendisyon onları
          süpürgәylә dә qovub saray otaqlarından çıxara bilmirdi.
                             1
          Alebastr amforalara bayıra çıxdıqlarını görәndә: “Yox,
          senyor, bu sizin üçün unitaz deyil… amforadır, onu
          dәnizin dibindәn tapıb çıxarıblar…” – deyәndә belә onlar
          hırıldaya-hırıldaya öz işlәrinә davam edir, bu qәdim,
          nadir qabları bulayıb eybәcәr vәziyyәtә salırdılar: “Ağzı
          üstә yerә yıxdığımız ağaların acığına, senyora! Qoy
          özlәrindәn amfora-mamfora düzәltmәsinlәr!” Onları heç
          cür saxlamaq olmurdu – general Adriano Qusmanı Allah
          saxlaya bilmәdiyi kimi. Prezidentliyinin onilliyi günü
          generalın içib nә hoqqalar çıxardığı çox adamın
          yadındaydı. “Heç ağlımıza da gәlmәzdi ki, o belә
          hәrәkәtlәr edәr!” O gün o, yüngül parçadan qar kimi
          ağappaq mundirdә, söz verdiyi kimi, silahsız-filansız
          gәlmişdi. Onu mülki geyimli fransız mühafizәçilәri –
          xarici legiondan çırpışdırdığı әsgәrlәr müşayiәt edirdi;
          onların qucağı generalın Kayennadan nazirlәr vә saray
          arvadları üçün gәtizdirdiyi hәdiyyәlәrlә dolu idi. Qusman
          özü isә bir-bir hәr qadının әrinin qabağında әzilib büzülә-
          büzülә hәdiyyәni tәqdim elәmәk üçün icazә istәyirdi. Bu
          әdanı da ona fransızlar öyrәtmişdi, guya fransız
          saraylarında belә elәyirdilәr.
             Qadınların hәdiyyәlәri paylanandan sonra Adriano
          Qusman zalın küncündәki mizin arxasında әylәşib
          rәqslәrә tamaşa elәmәyә, başını yellәyә-yellәyә zövq    67


          1  Amfora – yağ, çaxır saxlamaq üçün dolçayabənzər qulplu qab
   62   63   64   65   66   67   68   69   70   71   72