Page 63 - Patriarxın payızı
P. 63
PATRİARXIN PAYIZI
sәsini eşitmәsin; bütün bu vay-hәşirdәn ürkәn toyuqlar
otaqlara doluşub özlәrini sәrin künclәrә sox muşdular,
hava da ki sәrinlәmәk bilmirdi ki, bilmirdi, ha va elә bil
әridilmiş şüşә idi… “Can bala, avqustun bu cәhәn nәm
istisindә, günorta saat üçdә bu nә sev gi bazlıqdı?!”
Xarici dövlәtlәrin qoşunları ölkәdәn çıxıb gedәnәcәn
prezident çox kasıb idi, ixtiyarı da öz әlindә deyildi;
qoşun isә ölkәni çox tez – müqavilә müddәti bitib-başa
çatmamış tәrk etmişdi. Sәbәbi sadә idi: ölkәni taun
bürümüşdü, taundan qorxuya düşmüş desantçılar
yaşadıqları kotteclәri hissә-hissә söküb yük maşınlarına
yığır, sintetik çәmәnliyә xalça kimi bürmәlәyib torpaqdan
qoparır, bizim çayların bulanıq suyundan istifadә
etmәsinlәr deyә özlәriylә gәtirdiklәri su sisternlәrini
boşaldıb zirzәmilәrә yığır, tikib-ucaltdıqları hәrbi
hospitalların ağ binalarını, kazarmaları partladırdılar ki,
heç kim onların inşaat sirlәrini öyrәnә bilmәsin; bircә isti
iyun gecәlәri tez-tez admiralın qorxunc kabusunun
gәzişdiyi limanda yırğalanan qәdim zirehli gәmiyә
toxunmadılar; hәrbi donanmadan onlara yadigar qalan
bircә bu zirehli gәmi olmuşdu, qalan nә vardısa, hamısını
yığışdırıb öz yel qatarlarında aparmışdılar; istirahәt
avadanlıqlarını, kiçik müharibәlәr üçün gәtirdiklәri
lәvazimatı da özlәriylә aparmışdılar; bütün bunları
aparmazdan әvvәl vicdan borclarını yerinә yetirmәyi dә
unutmamışdılar, ölkә rәhbәrini qarşılıqlı mehriban
münasibәtlәrinә görә medalla tәltif etmiş, sonra:
“Vәssalam! Buyur, indi bu murdar mәmlәkәtdә tәk qal!
Görәrik, bizsiz neylәyәcәksәn!” – deyib elә çığırmışdılar
ki, sәslәri ölkәni başına götürmüşdü vә belәcә dә çıxıb
getmişdilәr. “Getdilәr, ana, cәhәnnәm oldular axır!” Nә -
hayәt, o, pillәkәnlәrlә, daha naxıra girәn öküz kimi yox,
ağa kimi qalxa-qalxa, heç kimdәn qorxmadan, heç nәdәn
çәkinmәdәn qalxıb-düşmәyә, ucadan әmrlәr vermәyә, 63
bütün tәklif vә xahişlәrә şәxsәn özü nәzarәt elәmәyә
başladı: “Xoruz döyüşlәrinә icazә vermәk olar?” – “Mәn