Page 61 - Patriarxın payızı
P. 61
PATRİARXIN PAYIZI
mәyib diplomatik korpus boyunca bәrkdәn-bәrkdәn:
“Bilsәydim balam bu boyda ölkәnin prezidenti olacaq,
heç olmasa, onu oxudardım!” – deyә bağırmışdı. Bu,
misli görünmәmiş fәlakәt idi… Prezident biabır ol -
muşdu... Bendisyon Alvarado tәcili surәtdә saraydan bir -
başa şәhәr kәnarındakı on bir otaqlı malikanәyә
köçürülmüşdü; bu malikanәni oğlu hәmin o tarixi gecә –
qaçaq düşmüş konservatorların dәbdәbәli evlәri qumara
qoyulduğu gecә Federasiya tәrәfdarlarının başçılarından
udmuşdu, lakin imperiya vaxtından qalmış bu qәdim ev
qәtiyyәn Bendisyon Alvaradonun ürәyinә yatmırdı:
“Buralara baxanda, senyor, elә bilirәm, Roma papasının
arvadıyam”. Odur ki qadın evin ağalar yaşayan hissә -
sindә yox, altı nәfәr sәdaqәtli, ayağıyalın qulluqçularıyla
birlikdә xidmәtçilәrin otağında yaşayır, vaxtının çox
hissәsini hәyәtin kәnarındakı sәrin otaqda – quş
qәfәslәrinin әhatәsindә, tikiş maşınının önündә keçirirdi;
bu yarıqaranlıq zirzәmiyә bәnzәr otağa, demәk olar, heç
vaxt isti dәymir, axşamlar ağcaqanadlar da bir elә zәhlә
tökmürdü. Bendisyon Alvarado burada, kimsәsiz hәyәt -
dәn içәri sızan zәif işığın altında sakitcә öz işlәri ilә
mәşğul olur, tikiş tikir, quşları, hәr biri qu quşuna
çönәnәcәn, akvarel rәnglәri ilә rәnglәyir, tamarindlәrin
tәmiz havasını ciyәrlәrinә çәkә-çәkә öz-özünә: “Yazıq
balam, bu nә zülümdü çәkir?! Andıraqalmış o dәniz
ordusu onu saray dustağı elәyib, yanında ana yox,
qәdirbilәn arvad yox, aldığı aylıq ütük üç yüz pesoya
görә canını әldәn salıb, yorulub әldәn düşәndә, ağrısı
kürәyindәn çıxanda kim onun başına sığal çәkәcәk?
Yazıq balam!..” – deyә deyinirdi vә ana bu sözlәri elә-
belә demirdi. Axı oğlu, demәk olar, günaşırı – bütün
şәhәr siesta saatlarında bürküdәn boğulanda anasına baş
çәkmәyә gәlir, ona xoşladığı şirniyyatlardan gәtirir, dәniz
piyadalarının әldәqayırma başçısı qismindә payına düşәn 61
miskin qazancla әldә etdiyi bu şirniyyatı tәsadüfәn nahar
süfrәsinin üstünә atdığı salfetin altından çırpışdır -