Page 60 - Patriarxın payızı
P. 60

tәbiәtinә görә saraydaxili qayda-qanunları bütün ciddiliyi
               ilә qoruyub-saxlayan әyanların nifrәtini qazanan qәribә
               bir qadın idi. Heç kim bu qadının, yәni dövlәt rәhbәrinin
               anasının, qәm-kәdәr çәkmәsin deyә döşünә çörәkotu
               düyünü taxıb gәzmәsiylә, kürünü çәngәllә, özü dә hәr
               dәnәsini çәngәlә ilişdirә-ilişdirә yemәsiylә, laklı çәk -
           QABRİEL QARSİA MARKES  arxasınca sürüyәn yerişiylә heç cür barışa bilmir, onun
               mәlәrini, ayaqlarından ağır qandallar asılıbmış kimi,


               musiqi mәşqlәri keçirilәn şüşәbәnddә arı pәtәklәri
               bәslәmәyindәn, dövlәt idarәsinin binasında toyuq
               saxlamağından hiddәtlәnir, tüklәri bozarmış, ütük quşları
               akvarel rәnglәri ilә boyayıb bazarda satmağından,
               әzәldәn tarixi nitqlәr söylәnilmiş mötәbәr prezident
               eyvan ında yuyulmuş paltarları qurutmağından әsәbilә -
               şirdilәr. Rәsmi qәbulların birindә isә onun giley-güza -
               rından hamının az qala ürәyi dayanmışdı, o, oğlunun
               prezidentlik әsarәtindәn azad olunması üçün gecә-
               gündüz Allaha yalvarmaqdan bezdiyinә görә prezident
               sarayında yaşamağın çәtinliklәrindәn şikayәtlәnmişdi:
               “Elә bil gecә-gündüz projektorların altındayam, senyor!”
               O bu sözlәri milli bayram günündә, әlindә boş şüşәlәrlә
               dolu sәbәt, fәxri qarovulu itәlәyib özünü prezident
               limuzininә dürtüşdürәndә dediyi kimi, elә-belәcә dә
               söylәmişdi... camaat әl çalır, tәntәnәli musiqi sәslәnir,
               yollara güllәr sәpilir, limuzin fәxri paradı açmağa hazır -
               laşır, Bendisyon Alvarado isә şüşә dolu sәbәtini maşına
               soxuşdurub: “Onsuz da dükana tәrәf gedirsәn, oğul, bu
               şüşәlәri dә qaytar!” – deyirdi. Yazıq ana… Axı o nә
               bilәydi ki, tarixi an nә deyilәn şeydi?! Bu qadında zәrrә
               qәdәr dә olsun siyasi hәssaslıq yox idi. Bu çatışmazlıq
               әlәlxüsus admiral Hiqqinsin rәhbәrlik etdiyi Amerika
               hәrbi donanmasının yerlәşdirilmәsi şәrәfinә verilәn
               banketdә özünü büruzә vermişdi. Banketdә oğlunu ilk
          60   dәfә parad geyimindә – döşü qızıl orden-medallarla
               bәzәdilmiş formada, ipәk әlcәklәrdә görәn Bendisyon
               Alvarado içinә sığmayan analıq qürurunu gizlәdә bil -
   55   56   57   58   59   60   61   62   63   64   65