Page 58 - Patriarxın payızı
P. 58
yataq otağında isә biz sәliqә ilә yığılmış әsgәr çar -
payısını, әntiqçilәrin evlәrdәn ucuz qiymәtә alıb-
yığdıqları qәdim mizi, içindәn doxsan iki orden çıxan
dәmir sandığı, qriflәrin meyitin әynindәcә dağıdıb-
tökdüyü nişansız hәrbi sәhra formasını tapdıq, lakin
sandıqdan tapıb-çıxardığımız hәrbi mundirin döş hissәsi
QABRİEL QARSİA MARKES kәnarı yanıb-qaralmışdı vә bu mәnzәrә bizi onun ölmәz -
altı iriçaplı güllә ilә deşilmiş, güllәlәrin açdığı dәliklәrin
liyi barәdә gedәn söz-söhbәtlәrә az qala inandırmışdı.
Deyilәnә görә, guya ona heç bir güllә-filan tәsir elәmirdi,
guya kürәyinә xaincәsinә atılan güllә onun bәdәnindәn
xәtәrsiz-zәdәsiz sivişib bu biri üzә düşür, üzbәüz açılan
güllәlәr isә sinәsinә dәyib geriyә qayıdaraq güllәni atanın
sinәsini dәlib keçirdi; deyirdilәr: o yalnız bircә halda –
ona son dәrәcә sәdaqәtli, yolunda ölümә getmәyә hazır
olan adamın güllәsindәn ölә bilәrdi vә güllә yalnız
rәhmlә atılmalıydı ki, tәsiri olsun, deyirdilәr… onu yalnız
rәhmlә atılan güllәylә öldürmәk olardı; tapdığımız bütün
meyitlәr onun bәdәninә görә balaca idisә dә, әlә keçir -
diyimiz geyimin mәhz onun mundiri olduğuna qәti әmin
idik, çünki az-maz da olsa, yüz yaşınacan boy atıb
böyümәyindәn xәbәrimiz vardı, yüz әlli yaşına çatanda
üçüncü dәfә tәzә diş çıxarmağını da bilirdik; ağzındakı
dişlәr dә elә xırdaydı, elә bil süd dişlәriydi, sarımtıl lәkәli
dәrisi isә elә sallanırdı, elә bil nә vaxtsa hәddindәn artıq
kök olmuşdu… qalan hәr bir şeyi isә qaydasındaydı,
bәdәni ortaboylu adi adam bәdәniydi, әcaib ölçülü yekә
qarnından, qızılquşun caynağına bәnzәr әyridırnaqlı,
dördkünc ayaqlarından savayı qeyri-adi bir şeyi yox idi;
bir dә nә vaxtsa qriflәrin deşib-çıxardıqları kәdәrli
gözlәrinin dәliklәri nәdәnsә hәddindәn artıq yekә idi; bir
sözlә, bu adam, tarixçilәrin tәsvir elәdiyi kimi, o qәdәr
dә hündürboy deyildi ki, sarayın dar vә alçaq qapı -
58 larından keçә bilmәsin; bu, deyilәn kimi, uşaqları vә
qaranquşları sevәn, bir çox heyvanların dilini bilәn, tәbii
fәlakәtlәri qabaqcadan hiss edәn, gözlәrә baxıb ürәklәri