Page 59 - Patriarxın payızı
P. 59

PATRİARXIN PAYIZI

          oxuyan, bir çimdik duzla cüzamlı yaralıları sağaldan,
          iflicli xәstәlәri ayağa qaldıran, şәfqәt duzunun sirrini
          bilәn adama oxşamırdı, onun haqqında bütün danışı -
          lanlar, әlimizә keçәn mundirlәrinin ölçülәrindәn fәrqli
          olaraq, bu adamın hәddindәn artıq möhtәşәm cüssәsindәn
          xәbәr verirdi, mәnşәyinә gәlincә isә, bu barәdә bütün
          mәlumatların vә qaynaqların mәhv edilmәsinә bax -
          mayaraq, hamı bilirdi ki, o, aran adamıdı, çünki onda
          bütün aranlılara mәxsus hakimiyyәt hәrisliyi vardı;
          qәddar idarәçilik üsulu – daim qanıqara gәzmәsi dә buna
          bir sübut idi, dәnizimizi bilәrәkdәn xarici dövlәtlәrә satıb
          bizi ölü külünü andıran qupquru tozanağa bürünmüş
          ucsuz-bucaqsız sәhrada yaşamağa mәhkum etmәsi dә;
          şәxsi hәyatına qalanda isә deyirdilәr, saysız-hesabsız
          sevgililәrindәn, daha doğrusu, yatdığı arvadlardan (әslinә
          qalsa, bu qadınların heç birini o sevmәmişdi) beş mindәn
          çox uşağı vardı vә bu uşaqlardan heç birinә ağıllı-başlı,
          tamam-kamal adam demәk olmazdı, bu uşaqların heç biri
          onun adını, soyadını daşımırdı, bircә Letisiya Nasa -
          renodan olan oğlundan savayı; bu uşaq da, dünyaya
          gәlәr-gәlmәz, general rütbәsi almışdı vә ilk övlad
          hüququyla dairә diviziyasının komandanı vәzifәsinә
          tәyin edilmişdi, o da ona görә ki, bu uşağı Letisiya
          doğmuşdu, qalan uşaqlara gәlincә isә onların anaları belә
          hesab edirdi ki, uşaq tәk bir anayla da kifayәtlәnә bilәr,
          çünki o özü dә, digәr görkәmli despotların taleyinә uyğun
          olaraq, atasının üzünü görmәmişdi, görüb tanıdığı bircә
          anası Bendisyon Alvarado olmuşdu, bütün dәrsliklәrdә
          dә yazılmışdı ki, Bendisyon da müqәddәs Mariya kimi,
          yuxuda ikәn bakirә hamilәlik möcüzәsi ilә boylu olub vә
          ali qüvvәlәr uşağın alnına möminlik taleyi yazıb, odur ki
          hakimiyyәt zirvәsinә çatan kimi o, xüsusi dekretlә
          Bendisyon Alvaradonu Vәtәn anası elan etmişdi, çünki
          belә ana dünyada bircә dәnә idi… “Ona görә ki, lәnәt    59
          şeytana, mәnim anamdır!” Əslindә isә bu, nәsli-kökü
          bilinmәyәn, ağlasığmaz dәrәcәdә sadәlövh vә dağınıq
   54   55   56   57   58   59   60   61   62   63   64