Page 55 - Patriarxın payızı
P. 55

PATRİARXIN PAYIZI

          görәsәn! Kimin әlinә nә keçdisә, elәmә tәnbәllik, budu
          ha, sürütlәyib gәtirdi, tutuquşu gәtirәn kim, şokolad, quş
          yumurtası daşıyan kim… daşıhadaşı… onlar da hәr şeyi
          mәm nuniyyәtlә götürüb әvәzindә camaata öz zir-
          zibillәrini soxuşdururdular, hәlә arada biri mәxmәr
          cübbәsini bizim birimizlә dәyişmәk istәdi ki, aparıb
          Avropada nümayiş elәtdirsin.  Tәsәvvür elәyirsiniz,
          mәnim generalım?” Ge neral çaşqınlıq vә hәyәcan içindә
          duruxub qalmışdı, nә edәcәyini bilmirdi, bu qәribә işә
          onun qarışmağı lazım idimi? Bu işlәrin ondan bir
          asılacağı vardımı? Belәcә, çaşqınlıq vә hәyәcan içindә o,
          prezident sarayına – öz yataq otağına qayıdıb sabahkı
          günü gözlәdi; sabah tәzә açılacaq günün sübh şәfәqi hәr
          şeyi aydınlaşdıracaqdı, onda sular durulacaq, ona
          danışılan bütün bu mәşәqqәtin, әslindә, nә olduğu
          bilinәcәkdi... amma pәncәrәni açanda gözünә, ilk
          növbәdә, nә vaxtsa dәniz desantının limanda qoyub
          getdiyi zirehli gәmi ilә bәrabәr, acıqlı dәnizin tәn
          ortasında aramla yırğalanan üç karavella dәydi…

                                   ***
             Onun ölüsünü yenә hәmin kabinetdә, elә hәmin
          vәziyyәtdә, hәmin geyimdә, qriflәrin didib-tökdüyü
          hәmin sifәtdә tapanda biz bir o qәdәr dә qoca deyildik ki,
          meyitin birinci dәfә tapılanda eynilә bu cür, ya başqa cür
          olduğunu yadımıza sala bilmәyәk, dәqiq bildiyimiz bu
          idi ki, tәk bir ölüm xәbәri ilә ölәnin mәhz o olduğuna qәti
          inanmaq olmaz, çünki әvvәllәr dә bir neçә dәfә belә
          olmuşdu ki, hamıya mәlum olan aydın bir hәqiqәt onun
          özünә aid olanda izaholunmaz anlaşılmazlığa, şahidlәrin
          dәlil-sübutları isә boşboğaz söz-söhbәtә çevrilmişdi;
          mәsәlәn, deyirdilәr, guya o kimәsә müsahibә verәndә
          dәhşәtli sancılardan qıvrıla-qıvrıla kreslodan yerә yıxılıb,
          ağzından da yamyaşıl öd köpüklәnib, yaxud danışırdılar  55
          ki, Allah acıdilliyinә görә ona qәnim olub dilini qurudub
          vә guya daha bircә söz belә deyә bilmir, tәkcә ağzını
   50   51   52   53   54   55   56   57   58   59   60