Page 51 - Patriarxın payızı
P. 51
PATRİARXIN PAYIZI
axtarıb tapacaq, onları sәtirbәsәtir hәm soldan-sağa, hәm
dә sağdan-sola oxuyacaq, bütün oxuduqlarından –
mәsәlәn, orada – vәtәndә kimin kiminlә evlәndiyi, kimin
öldüyü, kimin kimi ad gününә dәvәt elәyib, kimi dәvәt
elәmәdiyi barәdә yazılanlara rәğmәn öz ölkәlәrindә baş
verәn hadisәlәrin siyasi proqnozunu dәqiqlәşdirәcәklәr;
hәr biri dә әvvәl-axır taleyini dәyişәcәk hansısa qasırğanı –
Allahın kömәkliyi ilә ölkәnin üstündәn әsib hәr yanı
viran qoyacaq qasırğanı, bütün körpülәri, bәndlәri
kökündәn qoparıb aparacaq, aşıb-daşaraq әkin sahәlәrini,
buğda zәmilәrini yuya-yuya bütün mәhsulu mәhv
edәcәk, evlәri aparıb әvәzindә aclıq, vәba vә ölüm
gәtirәcәk qasırğanın gәlişini gözlәyirdi; onda camaatın
ölkәni başına götürmüş bu bәlalardan, özbaşınalıqlardan
qurtarmaq üçün bir vaxt ölkәdәn qovub çıxartdıqları
adamı kömәyә çağırmaqdan savayı ayrı әlacı qalma -
yacaqdı. “Belә dә olacaq, görәrsiniz!” Hәmin bu möh -
tәşәm mәqamın yetişәcәyi anın hәsrәtiylә yaşaya-yaşaya
da sığınacağa tәzә gәlәnlәrdәn birini kәnara çәkib
sakitcә: “Siz Allah, bu iynәni saplayın, şalvarımı yama -
malıyam… mәn bu şalvarı ata bilmәrәm, bu şalvar
mәnimçün әziz xatirәdir…” – demәli olurdular, paltar -
larını gizlindә yumalı, heç kәs görmәsin deyә sığınacağa
tәzә gәlәnlәrin ilk günlәr zibil qutusuna tulladıqları
ülgüclәri oradan üsulluca çırpışdırmalı, dişsiz ağızlarını,
özlәrini saxlaya bilmәyib batırdıqları şalvarlarını o
birilәrdәn gizlәmәkdәn ötrü otaqlarının qapısını kilid -
lәyib tәklikdә nahar etmәli olurdular. Axırı da bunun la
qurtarırdı ki, qartıyıb lap әldәn düşmüşlәrin sonuncu
babat köynәyini әyninә geydirib, orden-medallarını
döşünә yapışdırıb, bir vaxtlar qoyub qaçdıqları ölkәsinin
bayrağına büküb üstündә milli himnini oxuyur… vә
belәcә, bәdbәxtlәri bir-bir әbәdilik dünyasına – qayaların
altındakı sualtı saraya yola salırdılar vә yer üzündә bu 51
zavallılardan, artırmada tәk-tәnha yellәnәn boş çimәrlik
stulundan savayı heç nә qalmırdı. “Biz dә o stula әylәşib