Page 49 - Patriarxın payızı
P. 49
PATRİARXIN PAYIZI
stadion tikdirib “Ya qәlәbә, ya ölüm!” devizi altında
oynamağı komandamızın boynuna qoymuşdu, hәr
kәnddә pulsuz süpürgәçilәr mәktәbi açdırmışdı, orada
tәhsil alan qızlar isә ilhamlanıb nәinki evlәri, hәtta
küçәlәri vә maşın yollarını da süpürmәyә başlamışdılar,
dәstә-dәstә adamlar zibil qalaqlarını bir kәnddәn o birinә,
oradan geriyә daşıya-daşıya çaşbaş halda bir-birinә
baxırdılar, hәr zibil qalağı: “Millәtin tәmizliyinin qeydinә
qalan müqәddәs apostolumuzu hifz et, ilahi!” – şüarları
vә dövlәt bayraqlarıyla müşayiәt olunurdu, o isә hәmin
dәqiqәlәr yalvara-yalvara ondan bir çimdik duz dilәyәn
cüzamlı xәstәlәrlә, korlar, ifliclәrlә dolu bağda ayağını
sürüyә-sürüyә gәzir, huşa getmiş heyvan aramlığıyla öz
hәmvәtәnlәri üçün yeni-yeni mәşğuliyyәtlәr fikirlәşib
tapır, yaxın günlәrdә açıq sәma altında, boş çәnlәrdә
dünyaya gәlәn körpәlәri ayaqüstü xaç suyuna çәkir,
onların hәr birinә öz adını verir, yaltaqlar: “Yeganә
xilaskarımız!..” – deyib onu şәrәflәndirirdilәr.
O isә elә doğrudan-doğruya yeganәydi, çünki daha
әkiz tayı yox idi vә günaşırı quş dolu qәfәslәr göndәrilәn
bu sarayda әkizinin yerini özü әvәzlәyirdi. Quş dolu
qәfәslәri anası Bendisyon Alvaradonun bir vaxtlar quş
satmaqla mәşğul olduğu xәbәri şәhәrә yayılandan sonra
saraya göndәrmәyә başlamışdılar. Bәzilәri bu qәfәslәri
ona yaltaqlanmaq, yarınmaq mәqsәdilә göndәrirdi,
bәzilәri isә açıq-açığına rişxәndlә, dolamaq mәqsәdilә.
Bir müddәtdәn sonra saraya göndәrilәn yeni qәfәslәri
asmağa yer qalmadı, bu problemin üstünә saysız-hesabsız
digәr dәrdlәr, dövlәt işlәri vә sair dә yığıldı vә bütün bu
mәsәlәlәrin birdәfәlik hәlli tәlәb olundu, otaqlara da o
qәdәr adam doluşdu ki, mәmurları qәbula gәlәn
adamlardan ayırmaq mümkün olmadı, bu darısqallıqdan
can qurtarmaqdan ötrü ara divarları söküb çoxlu pәncәrә
açdılar ki, növbәyә duranlar saray pәncәrәlәrindәn dәniz 49
mәnzәrәsini seyr edә bilsinlәr, bir otaqdan o birinә –
yelkәnli gәmi açıq dәnizdә payız külәyini yarıb keçәn