Page 46 - Patriarxın payızı
P. 46

da lazım olmadı. Ona görә lazım olmadı ki, ölkәdә әmin-
               amanlıq yaradılması zәminindә prezident sarayı da bәrpa
               edilib әvvәlkindәn daha zәngin vә gözәl olmuşdu. Saray
               yenә başdan-başa, içi cürbәcür quşlarla dolu qәfәslәrlә
               bәzәdilmişdi. Qәfәslәrin bir qismindә acıdil quakamay
               tutuquşuları oturub: “İspaniya olmur, Portuqaliya olsun”
           QABRİEL QARSİA MARKES  sәliqәsi ilә par-par parıldayırdı. Bu dәnizçi sәliqәsi, bu
               mahnısını oxuyurdular. Hәr yer gül kimi tәrtәmiz, dәnizçi


               sahman iki utancaq qadının әmәyinin bәhrәsiydi.
               Pәncәrәlәrdәn içәri onun şәninә ifa edilәn musiqi sәdaları
               axır, fişәnglәr atılır, dünәn ölümünә çalınan zәnglәr indi
               sәhәr-axşam onun ölmәz әbәdiliyinә cingildәyir, Armas
               meydanının hәmişәhazır camaatı iri hәrflәrlә yazılmış:
               “Ölümünün üçüncü günü zühur edәn zati-alilәrini Allah
               hifz elәsin!” – şüarlarıyla hamını ölmәz prezidentin әtra -
               fında sıx birlәşmәyә sәslәyirdilәr. Bir sözlә, hәyat,
               әvvәlki vaxtlarda olduğu kimi, heç kimi, heç nәyi süni
               surәtdә nәyәsә tәhrik etmәdәn, tәbii şәkildә gündәlik
               bayrama çevrilmişdi. Hәr şey öz-özünә düzәlirdi, dövlәt
               işlәri yağ kimi gedir, vәtәn iri addımlarla irәli gedir,
               prezident hökumәti öz bildiyi, öz istәdiyi kimi idarә edir,
               bu işdә ona bir kәs mane olmur, düşmәnlәr öz-özünә
               harasa buxarlanırdı. General әziz dostu Rodriqonun
               işindәn çox razı idi, odur ki günlәrin bir günü prezident
               qvardiyasının qiyam vaxtı xüsusi amansızlıq vә şücaәt
               göstәrәn bütün әsgәrlәrini sıraya düzdürüb hamısına zabit
               rütbәsi verdi, sonra da yadına düşdü ki, axı bu zabitlәr
               kimәsә әmr vermәlidi, bunun üçün mütlәq yenә ordu
               yaranmalıdı, çörәyi dizinin üstündә olan ordu. Sonra
               “dәxli yoxdu” fikirlәşib zabit rütbәsi verdiyi sıravi
               әsgәrlәrin hamısının sinәsini bir-bir barmağıyla nişan ala-
               ala: “Sәn – kapitan! Sәn – mayor! Sәn – polkovnik! Yox-
               yox, sәn – general, o birilәr – leytenant! Haydı, әzizlәrim,
          46   ordu nu qәbul edin!” – dedi. Ölümünә sidq-ürәkdәn
               yanan ları da yaddan çıxarmadı, bütün vücudu bu qәdir -
               bilәn insanlara qarşı minnәtdarlıq hissiylә alovlanan
   41   42   43   44   45   46   47   48   49   50   51