Page 47 - Patriarxın payızı
P. 47

PATRİARXIN PAYIZI

          prezident vida mәrasimindә cәnazәnin önündә hüznlә
          dayanan qoca veteranı, mәrhumun üzüyünü o biri kişini
          axtarıb-tapmağı әmr elәdi, tabutu üstә ağlayan balıqsatan
          arvadı da tapdırdı vә on dörd uşağı olan bu qadına
          çoxotaqlı mәnzil bağışlayaraq zavallı ananın әn böyük
          ehtiyacını ödәdi. Cәnazәsi üstә tәk gül qoyan lisey tәlә -
          bәsini isә dәnizçiyә әrә verәrәk qızın әn böyük arzusunu
          yerinә yetirdi.
             Bu hәdiyyәlәr vә tәltiflәrlә kifayәtlәnmәk bilmәyәn
          kövrәk qәlb yalnız San-Xeronimo kazarmalarının
          hәyәtindә әli-qolu bağlı qiyamçıları görәndә sakitlәşdi,
          qorxudan vә nifrәtdәn itilәşәn yaddaşıyla onların
          hamısını bircә-bircә, qәddar dәqiqliklә tanıdı, әsirlәri
          günah dәrәcәsinә görә ayırdı: “Qiyama sәn başçılıq
          edirdin – bu yana keç! Meyitin üstündә ağlayan arvadı
          itәlәyib yerә yıxan sәn idin – bu yana! Mәrhumu mur -
          darlayıb pillәlәrlә, palçıqlı gölmәçәlәrlә sürüyәn siz
          idiniz – bura durun! Qalanları bu yana! İndi göstәrәrәm
          sizә, alçaqlar!” Amma cәza metodunun özü onu qәtiyyәn
          maraqlandırmırdı, axı adicә cәzayla heç nә hәll olun -
          murdu; ona o lazım idi ki, qiyama qalxan adamların
          hәrәkәtlәrinin, “meyitinin” murdarlanmasının, ümum -
          xalq narazılığının partlayışı yox, bir dәstә heyvәrәnin
          әskik hәrәkәti olduğunu özü özünә sübut elәsin. Odur ki
          әsirlәri şәxsәn özü dindirir, istәdiyi yalanı onların
          boynuna qoydurub öz dillәriylә etiraf elәtdirirdi. Əsirlәr
          isә heç nәyi boyunlarına almırdılar. Onda o onların әl-
          qolunu bağlatdırıb, tavan taxtalarından tutuquşu kimi
          kәllәmayallaq asdıraraq saatlarla başıaşağı saxlatdırırdı,
          bundan da bir şey çıxmayanda qiyamçılardan birini qala
          zindanına atmağı әmr elәdi ki, timsahlar onu diri-diri
          parçalayıb yesinlәr, o birilәr dә buna tamaşa elәyib öz
          payını götürsün. Bu da kar elәmәyәndә hәbs olunanların
          hәr dәstәsindәn bir nәfәr seçib әmr elәdi ki, hamının gözü  47
          qabağında onların dәrisini soysunlar vә hәr kәs bu ana
          bәtninin pәrdәsitәk sarımtıl, incә dәrilәrә, qıpqırmızı әti
   42   43   44   45   46   47   48   49   50   51   52