Page 42 - Patriarxın payızı
P. 42

sürüyürdülәr… “Bax gör, ana, gör mәni neylәdilәr…” –
               deyә pıçıldayırdı, küçә boyu meyitә tüpürәn camaatın
               sulu tüpürcәyini bütün vücuduyla, dәrisinin hәr toxu -
               masıyla hiss elәyir, eyvanlardan tәpәsinә tökülәn sidiyin
               üfunәtini canında duyurdu… Onda generalın bәdәnini acı
               xәcalәt tәri basmışdı, sonra get-gedә bu xәcalәt dәhşәtli
           QABRİEL QARSİA MARKES  bilәrdilәr... Belә olan halda әtini itlәr didәcәkdi, bәdәnini
               qorxu hissi ilә әvәz olunmuşdu: onu şaqqalaya da


               qarğa-quzğun dәlik-dәlik elәyәcәkdi vә bütün bu müsibәt
               onun ölümünә qurulan bu bayram şәnliyinin gurultulu
               tәntәnәsi olacaqdı!
                   Bu dәhşәtli bayram qasırğası sovuşub ötәndәn sonra
               generalın otağı çöldә çalınan müxtәlif musiqi sәslәriylә
               dolmuşdu. Külәk әsmәsә dә, musiqi sәdaları şәhәrin dörd
               bir yanından axıb içәri dolurdu…. O isә öz tәnha, xәlvәt
               otağına çәkilib orada gicәllәnir, milçәklәri havadaca
               tutub ovcunda boğur, qulağına qonub fikrini cәmlәmәyә
               mane olan mığmığaları da belәcә, ovcunda sıxıb
               öldürmәyә çalışır, üfüqdә közәrәn yanğının işığına, yaşıl
               işığı dәqiqәdәbir yanıb sönә-sönә pәncәrәnin taxta millәri
               arasından içәri süzülәrәk onu zolaqlı pәlәngә oxşadan
               mayaka baxır, çöldәn eşidilәn sәslәrә diqqәt kәsilir,
               hәyatın qaynar nәfәsini, onsuz keçәn gündәlik hәyatın –
               fövqәladә ölümü adilәşib әsrlәrin minlәrlә ölüsünün adi
               ölümünә çevrildikcә dincәlib-rahatlanıb özünә qayıdan
               hәyatın havasını duyur, tәdricәn adsız-ünvansız әbәdiyyәt
               bataqlığında әriyib yoxa çıxdığını hiss edirdi. Sonra
               necәsә qәfildәn general ölümünün üstünә çımxırıb: “İtil
               cәhәnnәmә, heyvәrә!” – dedi vә xәlvәt otağından bu
               fikirlә çıxdı ki, artıq vaxtdı, gizlәnmәk mәqamı bitdi.
               Ayağını sürüyә-sürüyә, sökülüb-dağılmış zallarla – ölü
               güllәrin, şam yanığının iyindәn baş çatlayan qaranlıq
               xarabalıqlarla gәzib-dolaşdı, Nazirlәr Kabinetinin iclas
          42   salonuna çatıb qapını itәlәdi vә tüstüdәn göz gözü
               görmәyәn bu qaranlıq otağa daxil oldu… uzun, qәdim
               stolun әtrafı xırıltılı adam sәslәriylә uğuldaşırdı... dünәn -
   37   38   39   40   41   42   43   44   45   46   47