Page 37 - Patriarxın payızı
P. 37
PATRİARXIN PAYIZI
sizin üçün әn yaxşısı ölmәkdi... axı kim bilmәsә dә, mәn
bilirәm, axı mәn elә sizәm. Amma bir Allah şahiddir ki,
mәn bunu heç vaxt istәmәmişәm ... heç vaxt әzәmәt, şöh -
rәt dilәmәmişәm, vәtәn qәhrәmanı olmaq arzusuna
düşmәmişәm. Belә alındı. Siz necә yaşayırsız, bunu mәn
bilirәm... sizin bütün hәyatınızı tәhlil elәmәyә gücüm dә
çatar, çünki ürәyimin әn dәrin guşәsindә mәn elә adi
şüşәüfürәn qalmışam, atam kimi şüşәüfürәnlәrdәn biri
olmuşam. Qorxmayın, mәnim generalım! Ölüm siz
düşünәn qәdәr dә ağrılı deyil...” O bu sözlәri elә inamla,
elә sәmimiyyәtlә demişdi ki, bizim general ona etiraz
elәmәk üçün özündә hirsә, acığa oxşar bir şey tapa
bilmәmişdi, Patrisionun son tutmaları, son qıcolmalar
başlayanacan çarpayısının kәnarında oturub qalmışdı,
xәstәni yataqdan yumalanıb yerә düşmәyә qoymamışdı.
Patrisio Araqones qәfildәn qarnını ikiәlli qucaqlayıb
ağrıdan, ya xәcalәtdәn ağlaya-ağlaya: “Ay Allah! –
demişdi, – şalvarımı doldurdum, mәnim generalım!”
Patrisionun bu sözünü General ayrı mәnada, ölümqabağı
qorxu kimi başa düşmüşdüsә dә, bu dәm Patrisio şalva -
rını ayrı mәnada yox, doğrudan-doğruya doldurduğunu
demişdi. Onda general çığırıb: “Yalvarıram sәnә, bir az
döz! Vәtәn oğlu, nә olur-olsun, kişi kimi ölmәlidi!” –
demişdisә dә, artıq gec idi, artıq vәtәnpәrvәrlik hisslә -
rinin yeri deyildi. Patrisio Araqones döşәmәyә yıxılıb son
titrәtmәlәrlә, ayaqlarını yerә döyә-döyә, göz yaşı vә nәcis
içindә çapalamışdı...
O, Patrisionun meyitini iclas zalının yanındakı gizli
yataq otağında öz әllәriylә yumuşdu, әynindә nә vardısa,
hamısını soyunub meyitin әyninә geyindirmişdi, özü isә
çılpaq qalmışdı. Qarnını saxlayan brezent qayışını da
çıxarıb Patrisionun belinә bağlamışdı, uzunboğaz
çәkmәlәrini soyunub Patrisionun ayaqlarına geyindir -
mişdi, qızılı mahmızı uzunboğazların sol tayının daba - 37
nına bәrkitmişdi. Bütün bunları öz tәnhalığını dәrk
elә yә-elәyә, ağır kәdәr içindә, bundan sonra daha tәnha