Page 40 - Patriarxın payızı
P. 40
bir çoxlarının özünü itirib kömәksiz vәziyyәtә düşdüyünü
gördükcә ürәkdәn sevinmişdi, onu itirdiklәrinә görә öz
hәyatlarından silәn biçarәlәrin halına acımışdı. Bunun
ardınca, nәfәsini içinә qısa-qısa, buraya, generalın, hәqi -
qәtәnmi ölüb-ölmәdiyini, kәfәnin içindәkinin o, yoxsa
başqası olduğunu, ümumiyyәtlә, bütün bunların oyun
QABRİEL QARSİA MARKES izlәmişdi. Cәnazәnin önündә donuxub qalan, cәsәdi hәrbi
olub-olmadığını öyrәnmәk üçün gәlәnlәrin hәrәkәtlәrini
salamla şәrәflәndirәn qoca veteranı, tabutun üzәrinә
әyilib mәrhumun üzüyündәn öpәn qolu qara matәm
sarğılı kişini, cәnazәyә bircә gül qoyan utancaq lisey
tәlәbәsini görmüşdü vә onları yaddaşında xüsusi bir yerә
hәkk elәmişdi. Vә bir dә balıqsatan arvadı... Balıqsatan
arvad ağzınacan balıqla dolu sәbәtini döşәmәyә buraxıb
özünü cәsәdin üstünә atmışdı, pudralı-boyalı meyiti
qucaqlayıb, sәsi zalı başına götürә-götürә: “İlahi, indi biz
neylәyәcәyik?! – deyib bәrkdәn-bәrkdәn çığırmışdı. – O
ölüb! O ölüdür!” Onda hamı xısın-xısın pıçıldaşıb
xosunlaşmışdı: “Gördünüz, odur, özüdür! Özüdür ki var!
Ölüb!”, “Odur! Odur!” – deyә Armas meydanında günün
altında yanıb qarala-qarala cavab gözlәyәn adamların bir-
birinә ötürdüyü bu xәbәrdәn sonra әtrafdakı bütün
kilsәlәrin zәngi, dini bayramların müqәddәs çәrşәn -
bәsindә olduğu kimi, şәn-şәn cingildәmәyә başlamışdı…
havaya pasxa fişәnglәri buraxılmış, tәbillәr çalınmışdı...
O isә bilәrәkdәn susub kәnara çәkilәn qarovulun
yanından ötәrәk sarayın divarlarına dırmaşan,
pәncәrәlәrdәn içәri doluşan qiyamçı dәstәlәrin, cәnazәnin
önündә duranları dәyәnәklә qovduğunu, meyitә sarılıb
ağlamaqdan doymayan balıqsatan arvadı döşәmәyә
yıxdığını, meyiti sәkkiz pәzәvәngin gül çәlәnginin
içindәn dartıb çıxararaq ayağından tutub pillәkәn boyu
sürütlәyә-sürütlәyә mәsxәrәyә qoyduğunu, pillәkәnlә
40 düşürüb harasa, bir az da aşağı apardığını, qalanlarının
isә içi naz-nemәt dolu, kәdәr sarayını talan etmәyә,
әllәrinә keçәni dağıdıb mәhv etmәyә başladığını öz