Page 39 - Patriarxın payızı
P. 39

PATRİARXIN PAYIZI

          dasıyla keçir… bürkü dә, mәnim sağlığımdakı kimi, yeri-
          göyü yandırıb-yaxır?” Generalın bu suallarla özünü üz -
          düyü bir vaxtda liman qalasında topdan atәş açıldı, kilsә
          zәnglәrinin sәsi şәhәri bürüdü vә bir әsrlik rәzalәt
          yuxusuna getmiş şәhәr bu sәsә ayılıb elә bil çalxalandı,
          qarma-qarışıq, sәs-küylü şәhәr әhalisi izdihamı sarayın
          әtrafına axışdı...
             Onda o, gizli yataq otağının qapısını azca aralayıb
          oradan iclas zalının tәn ortasında, әtrafına yanar şamlar
          düzülәn cansız bәdәnini – Roma papalarının cәsәdlә -
          rindәn dә gözәl bәzәdilәn cәsәdini görmüşdü. Güllәrin
          içindә ağaran pudralı sifәtinә, boyalı dodaqlarına, orden-
          medal ların ağırlığından çökәn sinәsinin üstündә çar -
          pazladığı sümüklü әllәrinә, bir vaxtlar kiminsә göylәr
          gene ralı üçün özündәn uydurub düzәltdiyi – hәr tәrәfindә
          on әdәd xırda günәş parıldayan, oyuncaq kralın әldә -
          qayırma xәncәrinә oxşar gödәk qılınc taxılmış qun -
          dağına, parad libası geydirilmiş bәdәninә baxdıqca içini
          xәcalәt vә dәhşәt hissi bürümüşdü. Ən qәribәsi isә bu
          әldәqayırma qılıncın bütün ölçülәri baş-ayaq elәmәsiydi.
          Bu gödәk qılınca görә hәr şey – hakimiyyәt möhtәşәm -
          liyinin bütün rәmzlәri, hüznlü yas mәrasimi, ağır çәkili
          hәrbi tәltiflәr oyuncaq qılınc kimi cılız görünür, hәr şey
          öz әzәmәtini itirib adilәşir, tabutda yatan adamın bәdәn
          ölçülәriylә qәribә bir uyğunsuzluq yaradırdı. O isә ömrü
          boyu özünü kişi, üstәlik, hәrb adamı hesab etmişdi, odur
          ki cәsәdә baxdıqca әsәbilәşir, öz-özünә: “Yәni bu
          mәnәm? Lәnәt şeytana, ola bilmәz!” – deyә fikirlәşirdi.
             Ardı-arası kәsilmәyәn, ucu-bucağı görünmәyәn adam
          axını cәnazәnin başına dolanırdı. Bir anlıq o bütün bun -
          ların tamaşa olduğunu, bu tamaşanın mәkrli mәqsәdini
          unudub özünü öz ölümündәn tәhqir olunmuş, alçaldılmış
          hiss elәmişdi, ürәyindә dönә-dönә: “Bu ki әdalәtsizlikdi,
          lәnәt şeytana!” tәkrar elәyә-elәyә, onu ölmüş bilib bura  39
          gәlәn adamların davranışına göz qoya-qoya, öz-özlü -
          yündә bir sıra mәsәlәlәri götür-qoy etmәyә başlamışdı,
   34   35   36   37   38   39   40   41   42   43   44