Page 34 - Patriarxın payızı
P. 34

Günlәrin bir günü o, Patrisio Araqonesi otağında
               ölümqabağı işgәncәlәr içindә qovrulan halda tapmışdı.
               Xilasa ümid yox idi, oxun zәhәri hәddindәn artıq qatıydı.
               İçәri girәndә Patrisio Araqonesi elә kandardan, romalılar
               kimi, әli başının üstә salamlamışdı: “Eşq olsun, igid!”
               Sonra canverәnin yatağına әylәşib, yüngüllәşdirici dava-
           QABRİEL QARSİA MARKES  Araqones isә generalın bu xidmәtindәn imtina etmә miş -
               dәrmandan xәstәyә qaşıqla içirtmәyә başlamışdı. Patrisio


               disә dә, ona zәrrә qәdәr minnәtdarlığını da bildirmәmişdi
               vә dәrmanın növbәti qaşığını udandan sonra ürәyindәn
               keçәnlәrin hamısını birnәfәsә generalın qabırğasına
               döşәmişdi: “Mәn sizi bu murdar dünyada müvәqqәti tәk
               qoyub gedirәm, mәnim generalım... amma ürәyimә
               damıb ki, sizinlә cәhәnnәmin yeddinci qatında görüşә -
               cәyik... Mәn – ağrıdan ip kimi gәrilib düyünlәn miş, üç
               qatından keçәn zәhәrli oxla öldürülmüşün birisi, siz isә
               әllәriniz başınızın üstündә, özünüzü soxmağa yer tap -
               mırsız… Açıq danışdığıma görә üzr istәyirәm, mәnim
               generalım, hәr şeyi olduğu kimi deyirәm... İndi daha deyә
               bilәrәm ki, sizi heç vaxt sevmәmişәm, sizsә nәyә görәsә
               beyninizә yeritmisiz ki, guya sizi sevirәm. Yox, mәn
               hәmişә sizә nifrәt elәmişәm. Azadlığımı sizin ucbatı -
               nızdan itirdim, kefim istәyәn kimi veyillәnmәyә dә
               imkan vermәdiniz. O vaxtdan hәr gün Allaha yalvarırdım
               ki, sizә ölüm göndәrsin, ya әziyyәtli, ya yüngül bir ölüm,
               fәrqi yoxdu... tәki sizdәn canım qurtarsın, tәki siz mәnim
               acı taleyimin cәzasını çәkәsiz. Axı başıma daha nә oyun
               açmadınız?! Taxta çәkiclә döyә-döyә dabanlarımı xurd-
               xәşil elәyib ayaqlarımın altını öz ayağınızın gününә
               saldınız ki, sizin kimi ayağımı sürüyә-sürüyә gәzim,
               qarnımda şiş әmәlә gәlsin deyә böyrümü çәkmә qıyığı
               ilә deşdiniz, yazıb-oxumağı yadırğatmaq, bildiklәrimi
               unutdurmaq üçün mәni skipidar içmәyә mәcbur etdiniz,
          34   çünki özünüz yazıb-oxumağı bacarmırdınız... yazıq anam
               isә mәnә savad vermәkdәn ötrü nә qәdәr әziyyәt
               çәkmişdi!.. Çox-çox rәsmi yerlәrә, paradlara öz әvәzinizә
   29   30   31   32   33   34   35   36   37   38   39