Page 38 - Patriarxın payızı
P. 38
keçәcәk hәyatının acısını duya-duya elәmişdisә dә, bu
kәdәr onu heç dә karıxdırmamışdı, meyitlә apardığı
әmәliyyat boyu özündәn bircә iz belә qoymamışdı; bir
vaxt görücü-falçı qadının suyun aynasına baxıb qulluq -
çuların onun ölüsünü hansı vәziyyәtdә tapacağı barәdә
dediklәri dә yadından çıxmamışdı. Onu hәlә o vaxt falçı
QABRİEL QARSİA MARKES medalsız hәrbi-sәhra geyimindә, uzunboğaz çәkmәsinin
qadın deyәn kimi, öz әcәli ilә öldüyü vәziyyәtdә – orden-
sol tayında qızılı mahmızı ilә döşәmәdә üzüqoylu, üzünü
balışa basıbmış kimi, ovuclarına sıxıb uzandığı yerdә
tapmalıydılar… İşin qәribәsi isә o oldu ki, heç nә onun
gözlә diyi kimi olmamışdı; heç kim onun öldüyünü tәsdiq
elәmәmişdi, rejiminә sadiq qalanlar sәbirlә nәyisә
gözlәyir, xәlvәt mәşvәrәtlәr aparır, aralarında nә isә gizli
razılaşmalara gәlirdilәr. Üstәlik, onun ölümü barәdә
gәzәn şayiәlәrin qarşısını da nәyә görәsә alırdılar, bizim
hamımızı inandırmaq üçün ki, generalın anası Bendisyon
Alvarado yaslı deyil, arvadı alış-veriş yerlәrindә görün -
mәyә mәcbur edirdilәr. “Əynimә güllü paltar keçirib
mәcbur elәdilәr ki, lazım oldu-olmadı, әlli cür cıncıq-
mın cıq, quş lәlәkli şlyapa, daha ayrı zir-zibil alım, senyor,
yәni hamı görsün ki, heç bir dәrdim yoxdu, guya xoş -
bәxtәm. Ha deyirdim ki, a bala, indi bazarlıq vaxtı deyil,
matәm vaxtıdı, indi ölkә göz yaşı içindә boğulmalıdı. Axı
mәn mәsәlәnin nә yerdә olduğunu bilmirdim, elә
bilirdim, ölәn oğlumdu, bu hәrbçilәr isә durduğum yerdә
fotoşәklimi çәkirdilәr, çәkә-çәkә dә mәni mәcbur
elәyirdilәr ki, gülümsәyim, özü dә deyirdilәr ki, vәtәn
naminә belә lazımdı, senyor!”
Hәmin dәqiqәlәr general öz xәlvәt otağında gizlәnib
hәyәcan vә çaşqınlıqdan üzülә-üzülә özünü yeyib-
tökürdü: “Nәyә görә, lәnәt şeytana, mәnim ölümümdәn
sonra bu dünyada heç nә dәyişmәdi? Axı necә ola bilәr
38 ki, günәş elә әvvәlki kimi batır, çıxır, heç yanda büdrәmir
dә? Axı niyә, ay ana, niyә bazar günü elә bazar günü qay -