Page 41 - Patriarxın payızı
P. 41
PATRİARXIN PAYIZI
gözlәriylә gördü… insanlar qotika üslubunda işlәnmiş
kәrpic sütunları sökür, quş qәfәslәrini, vitse-kralın tacını
vә royalını pәncәrәlәrdәn aşağı tolazlayır, namәlum
cәngavәrlәrin külü yığılmış vazaları yerә çırpıb sındırır,
gәmilәrdә xumarlanan mәyus gözәllәr tәsvir olunmuş
qobelenlәri yırtır, yepiskopların, qәdim döyüş geyim -
lәrindә tәsvir olunan hәrbçilәrin portretlәrini, möhtәşәm
dәniz müharibәlәri tәsvir olunan şәkillәri od vurub elә
yandırırdılar, elә bil bununla bu mәnfur hakimiyyәtin
axırına biryolluq çıxırdılar, hәr şeyi elә dağıdıb-sökür -
dülәr, sanki bu qan çanağını yada salmağa bircә izin belә
qalmasını istәmirdilәr. Bütün bunları o öz gözü ilә
görmüşdü, sonra özünü pәncәrәnin qabağına atıb bağlı
taxtalar arasından çöldә baş verәnlәri, hәr şeyi söküb
mәhv elәyәn bu dağıdıcı dalğanın haralaracan gedib
çıxdığını izlәmişdi... “Elә bu an bayaqdan müşahidә elә -
diyim bu mәşәqqәtlәrdәn sızlayıb qan ağlayan gözlәrimlә
daha dәhşәtli mәnzәrәlәri, misli görünmәyәn yaramaz -
lığın vә naşükürlüyün bariz nümunәsini gördüm, ana.
Bәxtәvәrlikdәn ağıllarını itirmiş arvadlarım dingildәyә-
dingildәyә evimi atıb gedirdilәr. Hәlә bu bәs deyil, özlәri
ilә fermanın inәklәrini, sarayın mebelini, sәnin bәslәdiyin
pәtәklәrin balını da vedrәlәrlә daşıyıb aparırdılar. Mәn
öz balalarımı – qazan qapaqlarını gümüş qaşıqlarla tәbil
kimi çalan, bürünc lәyәnlәri büllur güldanlara vurub
cingildәdә-cingildәdә: “Atam ölüb, yaşasın azadlıq!..” –
deyә ulaşa-ulaşa әtürpәrdәn şәnlik düzәldәn bu ala-
yarımçıq küçüklәri öz gözlәrimlә gördüm. Armas
meydanında qalanan tonqalda yanıb külә dönәn por -
tretlәrimi, litoqrafik tәqvimlәri gördüm!” O hamının
zәhlәsini tökmüş, hәr dәqiqә, hәr addım camaatın gözünü
döyәnәk etmiş portretlәrinin alışıb-yanmağına, sonra
yenidәn öz bәdәninә baxırdı… Bәdәnini indi dә fayton
yolunun ortasıyla, orden-medalları, qızılı qaytanları, 41
mәxmәr gödәkcәsi, balaca qılıncı, göylәr generalının
qüruba enәn günәşlәri hesab olunan poqonlarıyla bir