Page 45 - Patriarxın payızı
P. 45
PATRİARXIN PAYIZI
müharibәlәr vaxtı, içini yeyәn qorxunu canından çıxar -
maqdan ötrü ürәyindәn keçәnlәri öz-özünә danışır, sabah
gәlәcәk yeni yüzilliyin hansı tarixinin hansı saatınınsa
dәqiq planını qururdu vә belәdә sanki yeri-göyü lәrzәyә
gәtirәn partlayışların sәsi eşidilmәz olurdu...
Axır ki, çöldәn sonuncu güllә sәsi eşidildi... bu güllә
ilә axırıncı yaralını öldürdülәr. General Rodriqo de Aqilar
pәncәrәyә sarı sürünüb ayağa qalxdı, küçәyә boylanıb
meyitlәri daşımaqdan ötrü kimәsә zibil furqonları gәtir -
mәyi әmr elәdi, sonra prezidentә sarı çönüb: “Gecәniz
xeyrә qalsın, mәnim generalım!” – deyәrәk otaqdan
çıxdı. “Xeyrә qarşı, – general cavab verdi, – xeyrә qarşı,
dostum! Çox sağ ol!”
Rodriqo gedәndәn sonra o, bir müddәt Nazirlәr Kabi -
netinin matәm rәnginә boyanmış qara, mәrmәr döşә -
mәsinә uzanıb qaldı, sağ qolunun dirsәyi başının altında,
üzü sol ovcunun içindә, xaraba qalan otaqların tüstü -
sündәn vә qan gölmәçәlәrinin әksindәn qızaran ayın
çәhrayı işığı altında, bu gecә ömrünә ilk qәdәmini qoyan
uğursuz payızın xәzәli qoynunda yarpaqların yumşaq
laylasını dinlәyә-dinlәyә, hәmişәkindәn bir az da tәnha
vücuduyla yuxuya getdi… Sәhәri gün isә hәr şey gözlә -
nilmәdәn ayrı cür oldu, dünәndәn bәri fikirlәşib qurduğu
planları yerinә yetirmәyә ehtiyac qalmadı. Ordu öz-özünә
dağılmışdı – әsgәrlәr qaçmış, kazarmalarda dünәnәcәn
prezident qvardiyasına müqavimәt göstәrәn bir ovuc
zabit könüllülәr dәstәsinin kömәyi ilә qvardiya tәrәfindәn
öldürülmüş, nazirlәrdәn sağ qalanların hamısı, son
dәqiqәyәcәn ona sadiq qalan hәkimindәn, bir dә ölkәnin
әn yaxşı kalliqrafından başqa, hamı xaricә qaçmışdı.
Maliyyә mәsәlәlәrindә dә ortaya bir o qәdәr çәtinlik
çıxmadı, borc üçün kimәsә, hansı xarici dövlәtәsә ağız
açıb boğaz çәkmәk lazım olmadı. Sәn demә, tәrәfdarları
az deyilmiş, onlar dövlәt xәzinәsini qızıl üzüklәrlә, bәzәk 45
әşyalarıyla doldurmuşdular. Ucuz kәtil, dәfn günü
sökülüb-dağılan uçuq-söküyü yamamaq üçün hәsir almaq