Page 50 - Patriarxın payızı
P. 50

kimi keçsinlәr. “Lap üzü qәdimdәn bәri adamlar saray
               pәncәrәlәrindәn vıyıltıyla içәri dolan soyuq mart külәyini
               “sülh vә әmin-amanlıq külәyi” adlandırmışdılar, mәnim
               generalım, hәtta uzun illәrdәn bәri qulağınızı yoran o
               uğultunun da sülh vә әmin-amanlıq sәsi olduğunu tәsdiq
               etmişdilәr, – generalın şәxsi hәkimi elә belәcә dә
           QABRİEL QARSİA MARKES  amanlıq sәsidir, mәnim generalım!” Hәmin o gündәn,
               demişdi. – Qulağınızda uğuldayan bu sәs sülh vә әmin-


               ölüb-dirildiyi o taleyüklü gündәn sonra yerdә vә göydә,
               әtrafda nә vardısa, hәr şey sülh vә әmin-amanlıqdan,
               ümumi firavanlıqdan xәbәr vermәyә başlamışdı, o özü
               dә buna sidq-ürәkdәn inanmışdı, inanmışdı ki, artıq әmin-
               amanlıq vә firavanlıq dövrü gәlib çatıb… Vә bir gün
               buna o dәrәcәdә inanmışdı ki, növbәti dekabr ayında, öz
               aralarında әttökәn, saxta qohum-qardaşlıq münasi bәtlәri
               yaratmış keçmiş diktatorların miskinliyindәn zövq almaq
               üçün dağın başındakı hәmin evinә yollanmışdı,
               diktatorlar onu görәn kimi domino oyununu yarımçıq
               kәsmişdilәr, biri isә ovcunda qalan daşları göstәrәrәk:
               “Tutaq ki, mәn altı qoşayam, kütbeyin konservatorlar
               tutaq ki, üç qoşadır… amma keşişlәrlә masonların gizli
               fırıldaqlarını nәzәrә almamışam…” – demişdi. İndi bu
               qo ca çaqqala nә deyәsәn? Sonra o biri tula çәrәnlәmәyә
               başlamışdı ki, “bax, bu qәndqabı, tutaq ki, prezident
               sarayıdı, düşmәn isә dörd yüz metr mәsafәdәn külәyin
               istiqamәtiylә buranı atәşә tutub vә külәk bu sәmtә
               әsmәsә, düşmәn güllәsi saraya çata bilmәz. Vә indi siz
               mәni bu vәziyyәtdә görürsünüzsә, bu, cәmi-cümlәtanı
               sәksәncә santimetrin işidi. Bәdbәxtliyә bir bax!..” Sabiq
               diktatorların әn inadkarları belә bu uzunmüddәtli sür -
               gündәn mәnәn sınmış, olan-qalan ümidlәrini dә itir miş -
               dilәr. Bircә o ümidlә yaşayırdılar ki, aradabir üfüqdә
               sezilәn – tüstüsünün rәngindәn, fit sәsindәn tanıdıqları
          50   doğma gәmilәrini görüb limana enәcәk, yağış başlarına
               döyә-döyә zibil yeşiklәrindә eşәlәnәcәk, dәnizçilәrin
               yemәk bükmәk üçün istifadә elәdiklәri qәzet parçalarını
   45   46   47   48   49   50   51   52   53   54   55