Page 54 - Patriarxın payızı
P. 54
1
danışır , amma bu bizim danışdığımız ispan dili deyil,
çünki onlar dәnizә “nә” yox, “kim” deyirlәr, bizim tutu -
quşulara “papaqayo”, qayığa “almadiya”, dustaq xanaya
isә “asaqay” deyirlәr, biz qayıqlarda dәnizә çıxıb onların
gәmilәri әtrafında fırlananda dor ağacına qalxıb bir-
biriylә qışqıra-qışqıra, bizim biçimli bәdәnimizdәn, gözәl
QABRİEL QARSİA MARKES saçına bәnzәdirdilәr, dәrimiz gündәn yanıb soyulmasın
üzümüzdәn danışıb saçlarımızı tәriflәyirdilәr, saçımızı at
deyә bәdәnimizi rәnglәdiyimizi görәndә tutuquşu kimi
quqquldaşdılar ki, biz nә onlar kimi ağıq, nә dә generallar
kimi qarayıq, bir Allah bilir nә rәng dәyik, dәrimizi dә
tünd-qәhvәyi rәnglәmişik, sonra da gülüşdülәr, biz dә
başa düşmәdik bunlar nәyә gülür, axı tamam lüt idik,
mәnim generalım, anadangәlmә; әslinә qalsa, gülmәli
olan onların özlәriydi, o cәhәnnәm istisindә şahzadә kimi
altdan geyinib üstdәn qıfıllan mışdılar, “bürkü” sözünü dә
holland qaçaqmalçıları kimi deyirdilәr, saçları da arvad
saçına oxşayırdı, aralarında bircә qadın belә yox idi,
hamısı kişi idi, qışqırırdılar ki, niyә biz adam dilindә,
xristian dilindә heç nә başa düşmürük, hәrçәnd özlәri dә
adam dilindә heç nә qanmırdılar, sonra “almadiya”
dediklәri qayıqlarda bizә sarı üzdülәr vә ucu sabala
balığının sümüyündәn düzәldilәn avarlarımıza baxıb
tәәccüblәndilәr; onlar sabalaya “dişli balıq” deyirlәr,
sonra da nәyimiz vardısa hamısını qırmızı papaqlara vә
şıq-şıq şıqqıldayan oyuncaqlara dәyişdilәr, biz bu
oyuncaqları boyun-boğazımıza taxıb xarici qonaqları bir
xeyli güldürdük, qalan şeylәrimizi isә dәmir çax-çaxlara,
nimçәlәrә, güzgülәrә, cürbәcür xarici cıncıq-mıncığa
dәyişdilәr, mәnim generalım vә görәndә ki bunlardan
bizә heç bir ziyan gәlmәz, yavaş-yavaş, özlәri dә hiss
elәmәdәn, sahilә yan aldıq, burda da alәm qarışdı, nә
qarışdı, bir hay-hәşir qopdu, bir bazar açıldı ki, gәl
54
1 Müәllif Antil lәhcәlәri ilә müqayisәdә savadlı danışılan tәmiz ispan dilini
nәzәrdә tutur.