Page 57 - Patriarxın payızı
P. 57
PATRİARXIN PAYIZI
Alvaradonun yataq otağında biz baxımsızlıqdan solmaq
әvәzinә yaşıllaşıb daha iri qol-budaqlar atan melissa
kollarını gördük; kol şitillәri burada divarlarla dırmaşıb
portretlәrә sarmaşmış, kәtanların arxasında kök atıb,
şәkillәrdә tәsvir olunan adamların gözlәrini deşәrәk bu
biri üzә keçmiş, oradan pәncәrәlәrә sarı sürünmüş, çölә
uzanıb bağçanın sıx yaşıllığına hörülmüşdü; odur ki
ölüsünü axtardığımız adamın buralarda gizlәnә
bilәcәyinә zәrrә qәdәr şübhә yeri qalmırdı; Letisiya Nasa -
renonun yataq otağında gözümüzә ilk növbәdә dәyәn isә
tәmtәraqlı mәhәbbәt yatağı – şәbәkәli pәrdәnin arxasında
uyuyan, üstündә toyuqlar qaqqıldaşan nәhәng çarpayı
oldu; biz otağın divarları boyu düzülmüş sandıqları açdıq
vә onların içindә çürüyәn köhnә-kürüşü – güvәlәrin
yeyib-dağıdaraq bir yığın toza çevirdiyi tülkü dәrilәrini,
uzunәtәkli qadın paltarlarının altından geyilәn, mәftildәn
hörülmüş tor tumanları, tozlu çiyin örtüklәrini, işlәmәli
Brüssel döşlüklәrini, aradabir qadınların da ayaqlarına
keçirib gәzdiklәri kişi başmaqlarını, qәbul günlәri
Letisiyanın şellәnә-şellәnә geyinib gәzmәyә çıxdığı qızıl
tesmalı, hündürdaban atlaz çәkmәlәrini, üstünә fetrdәn
bәnövşәlәr çәkilmiş uzunәtәkli paltarını, yas mәrasim -
lәrindә ali xanımlıq nişanәsi sayılan, ağır taftadan düzәl -
dilmiş qara rәngli matәm lentlәrini gördük; sandıqların
birindәn Letisiyanın bir vaxtlar Yamaykadan oğurlanıb
büllur qab-qacaq yeşiyindә bizim tәrәflәrә gәtirilәndә
әyninә geydiyi yun tәlәbәlik paltarını tapdıq; hәmin o
әzablı sәfәrdәn sonra Letisiyanı rahatca prezident
xanımının taxtına oturtmuşdular; bütün bunlara baxma -
yaraq Letisiyanın yataq otağında axtardığımız adamdan
bircә әlamәt belә tapa bilmәdik vә hәtta Letisiyanın
quldursayağı oğurlanmasıyla bağlı da әlimizә, bircә dәnә
dә olsun, dәlil keçmәdi; biz onun Letisiyaya olan sonsuz
mәhәbbәtinә aid dә orada heç nә tapa bilmәdik, elә bil o 57
heç ömründә bu qadının yataq otağına ayaq basmamışdı;
ömrünün son illәrini ayağını çölә qoymadan keçirdiyi