Page 53 - Patriarxın payızı
P. 53
PATRİARXIN PAYIZI
dığından xәbәr verәn benzin anbarlarını, qarlı qışa
hesablanmış dәyirmansayağı evlәrin şiş qüllәlәrini,
şәhәrin mәrkәzi küçәlәriylә bir mehmanxanadan o birinә
üzәn әcaib okean gәmisini, Kartaxenanın daşdan
hörülmüş tövlәlәrini, yoğun zәncirlә әhatәlәnmiş buxtanı,
işıqlı eyvanları, vitse-kral yemindәn ötrü burunlarının
ucu göynәyә-göynәyә qәm-qüssә içindә әsnәyәn yorğun
parad atlarını görmüşdü… “Tәzәk iyi gәlir, mәnim
generalım! Möcüzәdi! Dünya sәrhәdsizdi!” Dünya,
doğrudan, sәrhәdsiz, hәm dә mәkrli idi… çünki bu
dekabr general dağın başındakı sığınacağa, oranın
bәdbәxt sakinlәri ilә – ona dünyanın pis üzünü, bәdbәxt
tәrәfini xatırladan bu mәnfur qocalarla söhbәt elәmәkdәn
ötrü yox, hәmin o sehrli anı – dekabrın soyuq günәşi
şәffaflaşan mәqamda dәnizin mavi sinәsinә salınmış
әlvan boyunbağını xatırladan Antil tacını, Barbadosdan
Verakrusacan uzanan Qәraib şәhәrlәrinin mәnzәrәsini
görmәk üçün gәlirdi; o mәnzәrә yerindә idi, indi bu
adalar ay işığının altında sahildә uyuyan timsahlara
bәnzәyirdi vә hәr şey yenә hәmin o oktyabr cümәsinin
ala-toranını xatırladırdı… onda, yadına gәlir, sәhәr tezdәn
yataq otağından çıxanda bir dә baxıb gördü ki, prezident
sarayının bütün әhlinin başında qırmızı papaq var, sonra
gördü ki, otaqları süpürәn, quş qәfәslәrinin suyunu
dәyişәn arvadların da, ferma sağıcılarının da başında
hәmin bu qırmızı papaqdan var; qarovulçular da,
pillәkәnlәrin daimi sakinlәri ifliclәr vә cüzamlılar da bu
papaqdaydılar; bazar günü şәnliyindә dә hamı başında bu
qırmızı papaq, qızılgül kolları arasında gәzişirdi; o gecә
general dünyanın bu düz vaxtında nә baş verdiyini heç
cür anlaya bilmәmişdi, bütün şәhәr camaatının qırmızı
papaqda, hәrәnin әlindә dә bir dәstә şaq-şaqlı oyuncaqla
gәzmәyinin mәnasını başa düşә bilmәmişdi; uzun
üzüntülәrdәn sonra, axır ki, o gün nә baş verdiyini ona 53
izah elәyәn bir adam tapılmışdı. “Bura haradansa
xaricilәr gәlib, mәnim generalım, onlar ispan dilindә