Page 48 - Patriarxın payızı
P. 48
görünәn titrәk bәdәnlәrdәn kazarmanın daş pillәlәri
üzәrinә süzülәn qaynar qana baxdıqca öz dәrsini götürsün
vә yalnız bundan sonra bu inadkar heyvәrәlәr hәr şeyi
boyunlarına aldılar, boyunlarına aldılar ki, onları pulla
şirniklәndirib, cәnazәni murdarlayaraq bazar zibilliyi ilә
sürütlәmәk üçün dörd yüz qızıl peso veriblәr, onlar әvvәl
QABRİEL QARSİA MARKES yiblәr vә ümumiyyәtlә, belә şeylәrin әleyhinәdirlәr, am -
buna razı olmayıblar, çünki ona qarşı çıxmaq istәmә -
ma mәsәlә belә olub ki, gizli müşavirәlәrin birindә iştirak
edәn iki hәrbçi general onları cürbәcür sözlәrlә qor -
xudaraq buna mәcbur elәyib. “Biz ancaq buna görә razı
olduq, işıq haqqı!”
Onda general rahat nәfәs alıb: “Aldadılmış zavalı
balalar!” – demişdi vә onları doyunca yedirdib, yatıb-
dincәlmәlәrinә şәrait yaradılmasını әmr elәmişdi, sәhәrisi
gün isә hamısını, yem әvәzi, timsahlara atdırmışdı,
bundan sonra qәlbinin şübhә hücrәsinin açılıb-boşaldığını
hiss elәmişdi vә rahatlanıb: “Lәnәt şeytana, indi hamı
başa düşdü ki, xalqın heç bir tәqsiri yoxdu, xalq mәni
sevir!” – deyә-deyә öz yerinә, saraya qayıtmışdı, Patrisio
Ara qonesin bir vaxtlar qәlbindә qaladığı hәyәcan
tonqalının son közәrtilәrini tapdalayıb söndürәrәk
işgәncәlәrin lәğvi barәdә fәrman vermәyi qәrara almışdı
vә ürәyindә özünә söz vermişdi ki, bir daha bu gözәl
mәmlәkәtdә işgәncәyә yol verilmәyәcәk; bu qәrardan
sonra bütün timsahları öldürmüşdülәr, diri-diri adamların
sümüklәrini sındırıb üyüdәn işgәncә kameralarını
sökmüşdülәr, sonra әfvi-ümumi elan edilmişdi vә general
yalnız bundan sonra gәlәcәk haqqında fikirlәşәrkәn
birdәn-birә ölkәni fәlakәtә sürüklәyәn bütün sәbәblәrin
kökünü tapmışdı – bekarçılıqdan beyinlәrindә cürbәcür
fikirlәr dirçәlәn adamların hәddәn ziyadә boş vaxtını
doldurmaq lazım idi; bundan ötrü o, mart poeziya
48 yarışlarını vә gözәllik kraliçası adı qazanılan gözәllik
müsabiqәlәrini yenidәn bәrpa elәmişdi, Qәraib ölkәlәri
içindә әn gözәl hәndbol meydançası, әn böyük qapalı