Page 62 - Patriarxın payızı
P. 62

dığından, xәrclәdiyi hәr qәpiyi, yemәyinin qalığını belә,
               lәnәtә gәlmiş әcnәbilәrin öz hesab kitabçalarına qeyd
               etmәsindәn gileyli-gileyli danışır, qeybәt qılıb ürәyini
               boşaldırdı; bu yaxınlarda isә deyirdi, zirehli gәminin
               komandiri, başa düşmәk olmurdu, astronomlar idi, ya
               xәritәçilәr idi, kimlәr idisә, sürüyüb özüylә saraya
           QABRİEL QARSİA MARKES  onu adam yerinә qoymadan, dinmәz-söylәmәz yeröl -
               gәtirmişdi, onlar ona Allahın salamını belә vermәmiş,


               çәnlәrlә otaqları eninә-uzununa ölçә-ölçә, ağızlarının
               içindә nә isә hesablaya-hesablaya onun üstünә tәrcümәçi
               vasitәsilә: “Çәkil burdan! İşığın qabağını kәsmә! Mane
               olma!” – deyә çımxırmışdılar, o da göstәrişlәrә sakitcә
               әmәl edәrәk “çәkil” deyәndә çәkilmiş, işığın qabağını
               kәsmәmәk, әl-ayağa dolaşıb mane olmamaq üçün az qala
               küncә qısılmışdı, gәlәnlәr isә elә hey ölçüb-biçir, onu
               burdan-ora, ordan-bura qova-qova hәr şeyi, hәtta eyvan -
               ların hәr pәncәrәsindәn içәri dolan işığın düşmә
               dәrәcәsini belә, hesablayırdılar. Hәlә bu harasıdır, ana!”
               Sonra mәlum oldu ki, onun iki mәşuqәsini dә saraydan
               qovub çölә atıblar, çünki admiral qrinqonun fikrincә, “bu
               әyrimçә qızlar prezidentә layiq deyilmişlәr…” Bu
               sәbәbdәn prezident elә vәziyyәtdәydi ki, xudahafizlәşib
               evdәn çıxanda qәfildәn çönüb özünü boş otaqlara
               salmasını, orada qabağına keçәn qulluqçularla gizlәnqaç
               oynamasını hiss edәn anası quşları didişdirib qarma-
               qarışıqlıq saldı ki, yarıqaranlıq otaqlardan eşidilәn
               biabırçı sәslәr – oğlunun yalvarışları, qulluqçunun boğuq
               sәslә pıçıldadıqları: “Əl çәkin, yoxsa ananıza deyәrәm!” –
               sözlәri quşların cikkiltilәri, qanad şıppıltıları içindә әriyib
               itsin ki, qonşular bu işdәn xәbәr tutmasın; Bendisyon
               Alvarado qanadlı ev sakinlәrinin halına acı madan yazıq
               quşları elә hey çimdiklәyirdi ki, sәslәrini kәsmәsinlәr,
               bircә heç kim oğlunun qaynar nәfәsini – qadınları
          62   soyundurmadan, özü dә soyunmadan, küçük kimi zin -
               gildәyib, acı tәnhalığın göz yaşları yanağını islada-islada,
               özünü ayaqüstü rahatlayan bu kәmhövsәlә, zәif kişinin
   57   58   59   60   61   62   63   64   65   66   67