Page 65 - Patriarxın payızı
P. 65

PATRİARXIN PAYIZI

          mәyә başlamışdı ki, oğlunun nitqi dә get-gedә
          anlaşılmaz, rabitәsiz olur, sözlәrdә büdrәyir fikirlәri, sapı
          qırılmış muncuq kimi pәrәn-pәrәn düşür, hәrdәn-birdәn
          dә ağzının suyu axır... Onda Bendisyon Alvaradonun
          ruhu әzilirdi, ananın oğula yox, qızın ataya yazığı gәldiyi
          kimi, ürәyinin başı sökülürdü. Bir dәfә oğlu qucağı
          hәdiyyәlәrlә, paketlәrlә, karton qutularla dolu içәri girib
          bağlamaların hamısını birdәn açmaq istәyәndә Ben -
          disyon Alvarado qayçını axtarıb tapanacan, bağlamaların
          ipini dişiylә didişdirib, dırnaqlarını karton qutuların
          künclәrindә sındırandan sonra hövsәlәsi daralmış,
          әlindәkilәri stolun üstünә sәpәlәyәrәk, tәntәnәnin
          hәyәcanından boğulan nәfәsi tәngiyә-tәngiyә: “Bir bax,
          burda nәlәr var, ana! Görürsәn? Bu, akvariumdakı diri su
          pәrisidi, bu, oyuncaq mәlәkdi, doğruçu mәlәk boydadı,
          ora-bura uçub zәng çalacaq; bax bu, okean balıqqulağıdı,
          görürsәn, nә boydadı? Bunu qulağına tutsan, ordan adi
          balıqqulaqları kimi, okeanın sәsi yox, bizim milli himni
          eşidәcәksәn! Əla şeylәrdi, düzdü, ana?.. Görürsәn,
          dövlәtli olmaq nәdi?” demişdi vә ananın ürәyi dә әn çox
          elә bu zaman ağrımışdı; oğlunun bu әcaib sevinci onda
          Bendisyonu heç açmamışdı, arvad dinmәz-söylәmәz,
          quşları rәnglәdiyi fırçasının quyruğunu çeynәyә-çeynәyә
          oğluna baxa-baxa qalmış, uzaq keçmişi, oğlunun
          hakimiyyәtdә nәyin bahasına qalmasını xatırlamışdı…
          bütün o mәşәqqәtlәrin nәticәsi indi göz qabağındaydı...
          “O vaxt indiki kimi deyildi ki, senyor, hakimiyyәtin
          möhkәmliyini, budu bax, ovcunun içi kimi hiss edәsәn.
          O vaxt hakimiyyәt, balamın sözü olmasın, ovcunun
          içindә oyan-buyana diyirlәnәn şüşә kürәcik kimi bir şey
          idi, sabalo balığı kimi sürüşüb  Allahın nәzәrindәn
          qaçmaq, bu qarma-qarışıq sarayda sülәnә-sülәnә sivişib
          aradan çıxmaq istәyirdi elә bil”. Bütün bu qarma-
          qarışıqlıqda onu Federasiya uğrunda döyüşdә qalib gәlәn  65
          bir sürü tamahkar – bir vaxtlar şair-general Lautaro
          Munyos kimi diktatoru yıxmaqda ona kömәk elәyәnlәr
   60   61   62   63   64   65   66   67   68   69   70